Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi
(®) Ziraat Bank Azərbaycan xidmət keyfiyyətini daha da təkmilləşdirmək məqsədilə növbəti yeniliyini təqdim edib. Artıq bankın Mobil Bankçılığı vasitəsilə “ƏDV Geri Al” funksiyası istifadəyə verilib.
Bu yenilik sayəsində müştərilər Əlavə Dəyər Vergisinin (ƏDV) geri alınması ilə bağlı əməliyyatlarını birbaşa Ziraat Bank Azərbaycanın mobil tətbiqi üzərindən, rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.
Bankdan təqdim edən məlumata əsasən, “ƏDV Geri Al” funksiyasının istifadəyə verilməsi Ziraat Bank Azərbaycanın müştəri yönümlü xidmət konsepsiyasının davamı kimi qiymətləndirilir.
Həmçinin qeyd etmək istərdik ki, Bank yaxın zaman öncə rəqəmsal transformasiya istiqamətində attığı addımla Mobil Bankçılığının Android və İOS istifadəçiləri üçün yeniləndiyini bildirmişdi. Yenilənmiş tətbiq müasir dizaynı, daha yüksək sürəti və funksional imkanları ilə seçilərək müştərilərə daha rahat istifadə təcrübəsini təqdim edib.
Ziraat Bank Azərbaycanın yeni Mobil Bankçılığı ilə müştərilər banka getmədən, 7/24 onlayn olaraq öz hesablarına nəzarət edə, pul köçürmələrini rahatlıqla icra edə, kredit, kommunal ödənişlərini və digər bank əməliyyatlarını asanlıqla yerinə yetirə bilərlər.
Tətbiqi yükləmək üçün müştərilər mobil telefondan növbəti linkə keçid edərək istifadə edə bilərlər: https://ziraatbank.az/app-redirect-link
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















