Expressbankın biznes kreditləri portfeli 10% artıb
Expressbank 2025-ci ilin lll rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Expressbankın yaydığı press-relizdə bildirilir ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6%-ə yaxın artaraq 530 milyon 591 min manatı ötüb. Qeyd edilib ki, kredit portfelinin böyüməsində biznes kreditlərinin əhəmiyyətli artımı təsir faktorlarından biri olub. Belə ki, bankın biznes kreditləri ötən ilin sonu ilə müqayisədə 10%-dən çox artaraq 182 milyon manatı ötüb.
2024-cü ilin 3-cü rübü ilə müqayisədə bankın faiz gəlirləri 22%-dən çox artaraq 60 milyon 657 min AZN təşkil edib.
Expressbank etibarlı maliyyə qurumu olaraq ötən rübü depozit portfelinin də artımı ilə başa vurub. Bank fiziki şəxslərin depozitlərinin 26%-ə yaxın artım göstərərək 254 milyon 494 min manatadək böyüdüyünü bəyan edib. Bununla da bankın ümumi depozit portfeli 13%-dən çox artaraq 296 milyon 610 min manatı ötüb.
Qeyd edilib ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə "Expressbank” ASC-ni yenidən qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
“Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















