Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
(®) Xalq Bank dünyanın ən nüfuzlu aviaşirkətlərindən olan və “Skytrax World Airline” tərəfindən 2025-ci ildə artıq 9-cu dəfə “Dünyanın ən yaxşı aviaşirkəti” adına layiq görülmüş “Qatar Airways” ilə eksklüziv əməkdaşlığını davam etdirir.
31.03.2026-cı ilədək davam edəcək kampaniya ərzində Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən seçilmiş aviabiletləri 5 % endirimlə əldə etmək mümkün olacaq. Endirimdən yararlanmaq üçün https://www.qatarairways.com/en-az/offers/cug/xalq-bank.html səhifəsinə daxil olaraq uçuş istiqamətlərini seçmək və ödənişi Xalq Bank kartı ilə aparmaq kifayətdir. QRXALQ25 promokodu səhifəyə avtomatik bərkidilmişdir. Təklif həm biznes, həm də ekonom sinif uçuşlarına şamil olunur. Kampaniyada Xalq Bankın emissiya etdiyi bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.
Kampaniya 31.03.2026-cı il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.05.2026-cı il tarixədəkdir.
Təklif yoladüşmə məntəqəsi Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, London, Maldiv adaları, Sidney, Toronto, Nyu-York, Tokio, Sinqapur, Pekin şəhərləri daxil olmaqla 50 istiqamətdə uçuşlarda keçərlidir.
Xalq Bank ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də https://cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)



