Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
Bank Respublika cari ilin üçüncü rübündə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstəribÖlkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bank Respublika-nın yaydığı press-relizdə bildirilir ki, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.
Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.
Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:
2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:
· Aktivlər - 26,3% artaraq 2,72 milyard manat təşkil edib;
· Məcmu kapital - 20,5% artaraq 249,04 milyon manata çatıb;
· Kredit portfeli - 16,6% artaraq 1,58 milyard manat təşkil edib;
· Depozit portfeli - 12,9% artaraq 1,52 milyard manat olub;
· Xalis faiz gəlirləri - 16,0% artaraq 126,89 milyon manat təşkil edib;
· Xalis əməliyyat mənfəəti - 12,44% artaraq 58,63 milyon manata çatıb;
· Xalis mənfəət - 9,9% artaraq 43,17 milyon manat təşkil edib.
Maliyyə sabitliyinin əsas göstəriciləri:
· I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,26% (norma — 6,5%);
· Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74% (norma — 12,5%);
· Leverec əmsalı — 6,77% (norma — 5%).
1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

