AS Group Omanda beynəlxalq sərgidə iştirak edib - FOTO/VİDEO
Azərbaycanın AS Group şirkəti “Oman Urban Home and Building Expo, Urban October 2025” beynəlxalq sərgisində iştirak edib.(®) 6–8 oktyabr tarixlərində Oman Sultanlığının paytaxtı Məsqət şəhərində “Oman Urban Home & Building Expo, Urban October 2025” beynəlxalq sərgisi keçirilib. Bu tədbir regionun aparıcı platformalarından biri olub və inşaat, tikinti texnologiyaları, yaşayış məkanlarının dizaynı və şəhərsalma inkişafına həsr olunub.
Tədbir Oman Mənzil və Şəhərsalma Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub. Azərbaycanın AS Group şirkəti sərgidə şirkətin təsisçisi cənab Şahin Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Sərgi inşaat şirkətlərini, memarları, mühəndisləri, podratçıları, təchizatçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib. Üç gün davam edən sərgi çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə davamlı tikinti və şəhərsalma sahəsində ən son tendensiyalara həsr olunmuş panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib.
Sərginin açılışı təntənəli şəraitdə keçirilib. Açılış mərasimində Mənzil və Şəhərsalma naziri cənab doktor Xalfan bin Səid əl-Şueyli, həmçinin ticarət, Sənaye və İnvestisiyaların Təşviqi naziri cənab Qeys Məhəmməd əl-Yusif iştirak ediblər. Mərasim çərçivəsində əməkdaşlıq sazişləri imzalanıb və tender qalibləri təqdim olunub.
Səfər çərçivəsində AS Group-un nümayəndə heyəti Oman İnvestisiya Bankının Baş direktoru cənab Mohammed Al-Habsi, Omanın Şəhər İnkişafı üzrə Milli Strategiya Qurumunun icraçı direktoru İbrahim Al-Vaili, eləcə də müxtəlif dövlət və özəl təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Omanın iqtisadi və investisiya mühiti, eləcə də potensial əməkdaşlıq imkanları müzakirə edilib.
AS Group sərgidə həm yerli, həm də xarici ölkələrdəki iri layihələrini təqdim edib. Şirkətin stendində “Ağalı Ağıllı Kənd”, “Tbilisi Park Boulevard”, “AS Group” və “BI Group” şirkətlərinin birgə layihəsi olan “4You Baku”, eləcə də Tunel Qəlib - müasir inşaat texnologiyası nümayiş etdirilib. Sərgi ziyarətçiləri təqdim olunan layihələrə böyük maraq göstərib və onlarla yaxından tanış olub.
AS Group şirkətinin stendini Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov ziyarət edib. Təqdim olunan layihələr səfirin böyük marağına səbəb olub. Cənab Rəşad İsmayılov şirkət nümayəndələrinə sərgidə iştirakın vacibliyini vurğulayaraq gələcək əməkdaşlıqlar üçün mövcud potensial imkanlara diqqət çəkib.
Tədbirdə Oman, Fars körfəzi ölkələri və digər dövlətlər də daxil olmaqla 9 ölkədən təxminən 140 şirkət iştirak edib. AS Group sərgidə təmsil olunan yeganə Azərbaycan şirkəti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 d. əvvəl
-
14 d. əvvəl
Tramp ABŞ-ın İranda qələbəsini elan edib: İlk saatlarda məsələ bitmişdi
-
-
18 d. əvvəl
Bütün sosial ödənişlər martın 13-də qrafikdən əvvəl yekunlaşdırılacaq
-
23 d. əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 35 milyon manata yaxın vəsait istehlakçılara qaytarılıb
- 32 d. əvvəl
- 39 d. əvvəl
-
51 d. əvvəl
Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur - Birbanklılar üçün daha bir üstünlük
-
59 d. əvvəl
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
-
1 saat əvvəl
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Şirkət un məhsullarının qiymətlərini aşağı saldı
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
Rəsmi məzənnələr açıqlandı
İraq neft limanlarının bağlandığını açıqlayıb
Neftin qiyməti yenidən 100 dolları keçdi

























