"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı
25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja xəbər verir ki, 10.10.2025-ci il tarixində qeyd olunan AZ2010019209 ISIN kodlu 3 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
İstiqrazlara 50 investor 50 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010019209
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 30 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 3 000 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 3 000 000 manat
Reallaşdırılmış həcm: 3 000 000 manat
Minimal qiymət: 100 (15.0000%) manat
Maksimal qiymət: 100 (15.0000%) manat
Kəsmə qiyməti: 100 (15.0000%) manat
Ortaçəkili qiyməti: 100 (15.0000%) manat
İnvestor sayı: 56
Sifariş sayı: 56
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)
