Ən yuxarı (mobil)_30

Çin ardıcıl 11-ci aydır qızıl alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin ardıcıl 11-ci aydır qızıl alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Mərkəzi Bankı (PBOC) sentyabr ayında da rezervlərinə (ehtiyatlarına) qızıl əlavə etməyə davam edib. Beləliklə, ölkə ardıcıl olaraq 11-ci ayda da qızıl alışı həyata keçirib.

Marja.az PBOC-nin açıqladığı məlumatlara istinadən xəbər verir ki, Çinin qızıl rezervləri avqust ayının sonunda 74,02 milyon unsiya idisə, sentyabrın sonunda 74,06 milyon unsiyaya yüksəlib.

Qızıl rezervlərinin dəyəri artıb

Mərkəzi Bankın məlumatına görə, qızıl rezervlərinin dəyəri avqust ayında 253,84 milyard dollardan, sentyabr sonunda 283,29 milyard dollara çatıb.

Müstəqil analist Ross Norman bildirib ki, Çinin bu addımları diqqət çəkir:

“Bu alışlar Çinin dollar asılılığını azaltmaq (de-dolarizasiya) səylərini sürətləndirmək istədiyini göstərir.”

Norman qeyd edib ki, yeni alışların həcmləri kiçik olsa belə, investorlar üçün müsbət siqnaldır.

Qlobal qızıl bazarına təsir

Bu il qızıl qiymətləri bir neçə dəfə rekord həddə çatıb, əsas səbəblər isə geosiyasi gərginliklər, ABŞ faiz endirimləri gözləntiləri və dolların zəifləməsidir. Bazar məlumatlarına görə, bazar ertəsi qızılın unsiyasının qiyməti 3 900 dolları keçib.

PBOC 2024-cü ilin may ayında 18 aylıq alış prosesinə fasilə vermiş, lakin 2024-cü ilin noyabr ayından qızıl alışlarına yenidən başlamışdır.

Mərkəzi banklar dollardan qızıla yönəlir

Dünya Qızıl Şurasının (WGC) araşdırmasına görə, gələcək beş ildə mərkəzi bankların rezervlərində qızılın xüsusi çəkisinin artması, dollar payının isə azalması gözlənilir.

Qiymət proqnozunu 4 300 dollardan 4 900 dollara yüksəldib

Xəbər verdiyimiz kimi, qlobal investisiya bankı Goldman Sachs proqnozlarını yuxarı yönlü yeniləyib. Bank 2026-cı ilin dekabrı üçün qızılın qiyməti proqnozunu 4 300 dollardan 4 900 dollara yüksəldib. Bu qərar, birja investisiya fondlarından (ETF) gələn güclü pul axını və mərkəzi bankların alış istəyi ilə əsaslandırılır.

Qızılın unsiyasının qiyməti bu gün səhər saatlarında 3977,40 dollar səviyyəsinə yüksələrək tarixdə ən yüksək qiymətini görüb. 2025-ci ilin əvvəlindən bəri 51,40% bahalaşan qızıl, investorlar üçün ən çox qazandıran təhlükəsiz liman olaraq qalır.

Fed və ABŞ iqtisadi gözləntiləri qiymətləri dəstəkləyir

Goldman Sachs bildirib ki, ABŞ Mərkəzi Bankı (Fed) 2026-cı ilin ortalarına qədər faiz dərəcələrini 100 baza bəndi endirə bilər. Banka görə, bu addım Qərb ETF fondlarına marağı artıraraq qızıl tələbinin güclənməsinə səbəb olacaq.

Mərkəzi bankların alışları davam edəcək

Bank qeyd edib ki, mərkəzi bankların qızıl alışları 2025-ci ildə ortalama 80 ton, 2026-cı ildə isə 70 ton səviyyəsində olacaq.

oldmanSachs qızılproqnozu qızılqiymətləri onsqızıl rekordqızıl ETFaxını mərkəzibankalımları Fedfaizindirimi ABŞiqtisadiyyat qızıltələbatı qızılbazarı investorlarsiqnalı qızılralli qızılrekordu qızıltrendi maliyyəbazarları qlobalqızıl qızılqiymətartımı qızılrezervləri 2026proqnozu
07.10.2025 12:38

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18