Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb

Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, 1 kiloqram mal ətinin qiyməti 6,9 dollara çatıb ki, bu da 1960-cı ildən bəri maksimum səviyyədir. Bunun bir neçə səbəbi var: inflyasiya, dünya bazarlarında təklifin azalması və ABŞ və Çin istehlakçılarının tələbinin artması.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri ən yüksək səviyyəyə çatıb, günəbaxan yağı isə 2022-ci ildən bəri ən yüksək qiymətini görüb.

Marja.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatlarının təhlilindən məlum olub.

Reklam_3_11

Məlumata görə, mal ətinin dünya üzrə qiyməti bir kiloqram üçün 6,9 ABŞ dollarına çataraq 1960-cı ildən bəri rekord həddə yüksəlib. Bu, ötən ayla müqayisədə 0,6%, ötən illə müqayisədə isə təxminən 10% artım deməkdir.

Qiymət artımını bir neçə amillə izah edilir: Qlobal inflyasiya, Mal ətinin istehsal dövrünün uzun olması, ABŞ və Çindən artan tələbat, süd məhsullarının bahalaşması fonunda inək sayının azalması.

Bundan əlavə, yemlərin qiymətinin artması və quraqlıqlar səbəbindən otlaq sahələrinin azalması da qiymətləri yüksəldən əsas faktorlar sırasındadır. Məsələn, ABŞ-da inəklərin sayı 1951-ci ildən bəri minimum səviyyəyə düşüb.

Günəbaxan yağı 3 ilin maksimumunu görüb

Sentyabr ayında günəbaxan yağı qiyməti 1 ton üçün 1312 ABŞ dollarına yüksələrək son üç ilin maksimum səviyyəsinə çatıb. Qiymət artımına əsas səbəb Ukraynadan ixracın azalması olub - ölkədə istehsal 20%-dən çox düşüb.

Avqust ayında Ukraynadan günəbaxan yağı ixracı cəmi 161 min ton təşkil edib ki, bu da son illərin avqust ayı üçün ən aşağı göstəricisidir.

2024–2025-ci illər ərzində Ukraynadan ümumi ixrac həcmi 4,65 milyon ton olub. Halbuki, ötən mövsümdə bu göstərici 6,03 milyon ton təşkil edirdi. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, heç bir ölkə günəbaxan yağı ixracında Ukrayna qədər kəskin azalma yaşamayıb.

İş elanları AzVak.az-da

03.10.2025 16:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18