ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür
Cümə günü neft qiymətləri enib.
Marja xəbər verir ki, ABŞ-da yanacağa olan tələbatla bağlı artan narahatlıqlar, Federal Ehtiyat Sisteminin (Fed) bu il həyata keçirdiyi ilk faiz endiriminin istehlakı artıracağına dair gözləntiləri kölgədə qoyub.
London birjasında Brent markalı neftin noyabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,4% azalaraq bir bareli 67,14 dollara, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri də 0,4% azalaraq 63,34 dollara geriləyib.
Buna baxmayaraq, hər iki əsas neft markası ardıcıl ikinci həftəni artımla başa vurmağa hazırlaşır.
Fed çərşənbə günü uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb və əmək bazarında zəifləmənin əlamətlərinə cavab olaraq daha çox endirimlərin olacağını istisna etməyib. Adətən daha aşağı faizlər (borclanma xərcləri) neftə olan tələbi artıraraq qiymətləri yüksəldir.
“Bazar ziddiyyətli siqnallar arasında sıxışıb qalıb. Tələbat tərəfdən baxsaq, Enerji İnformasiya Administrasiyası da daxil olmaqla bütün enerji agentlikləri zəifləyən tələblə bağlı narahatlıqlarını ifadə ediblər və bu da yaxın perspektivdə ciddi qiymət artımı gözləntilərini zəiflədir. Təklif tərəfdə isə OPEC+ ölkələrinin hasilatı artırmaq planları və ABŞ-ın yanacaq məhsulları ehtiyatlarında artıqlıq əlamətləri bazar əhvalına mənfi təsir göstərir” — deyə analitiklər bildirir.
ABŞ-da yanacaq ehtiyatlarının bazar proqnozunu (1 milyon barel) xeyli üstələyərək 4 milyon barel artması da dünyanın ən böyük neft istehlakçısında tələbin zəiflədiyinə dair narahatlıqları gücləndirib və qiymətlərə təzyiq göstərib.
Həftə ərzində açıqlanan iqtisadi göstəricilər də narahatlıqları artırıb. İşsizlik müavinətinə müraciətlərlə bağlı son məlumatlar ABŞ əmək bazarının zəiflədiyini, həm işçi tələbinin, həm də təklifinin azaldığını göstərib. Avqustda isə ev tikintisi son iki yarım ilin ən aşağı səviyyəsinə enib və yeni evlərin satılmamış qalması bazarda artıq təklifin formalaşmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
8 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
9 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM



















.jpg)



