Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.

İclasdan əvvəl Azərbaycan nümayəndə heyəti ölkəmizin Macarıstandakı Səfirliyini ziyarət edib, Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iclasdan əvvəl təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib və ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S. Babayev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsipləri əsasında müxtəlif sahələrdə ardıcıl şəkildə genişləndiyini bildirib. 2024-cü ildə Macarıstanın Baş naziri Viktor Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında və Bakıda keçirilmiş COP29-da iştirakının, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayında Macarıstana etdiyi sonuncu səfərin ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın aydın göstəricisi olduğu qeyd olunub.

Nazir çıxışında ticarət, investisiya, enerji, nəqliyyat, turizm, işğaldan azad edilmiş ərazilərin bərpası, humanitar sahələrdə əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib, həmçinin Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və “Yaşıl Enerji Dəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb: “Azərbaycan üçün bu dəhlizlər Şərqlə Qərb arasında mühüm əlaqələndirmə mərkəzi olmaq strategiyası ilə üst-üstə düşür, Macarıstan üçün isə logistika, ticarət, enerji tranziti və sənaye sahələrində  əməkdaşlıq baxımından yeni imkanlar açır.”

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən və gündəliyi olduqca geniş olan XI iclasın nəticələri iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.

Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalanması, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsi, enerji və bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi Birgə Komissiyanın iclasında mühüm nailiyyətlər kimi qiymətləndirilib.

P.Siyarto çıxışında Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb. Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxardığını qeyd edib. Belə ki, Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir.

İclas başa çatdıqdan sonra S. Babayev və P. Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD. və PANNONPHARMA arasında Anlaşma Memorandumu” hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya 18 fevral 2008-ci il tarixində Budapeşt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında  iqtisadi əməkdaşlıq haqqında Saziş”in 4-cü maddəsinə uyğun olaraq yaradılıb və Birgə Komissiyanın bundan əvvəl 10 iclası keçirilib.

Azərbaycan Macarıstan Budapeşt İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya XI iclas Sahil Babayev Peter Siyarto Heydər Əliyev Viktor Orban İlham Əliyev strateji tərəfdaşlıq ticarət investisiya enerji nəqliyyat turizm humanitar əməkdaşlıq işğaldan azad edilmiş ərazilər Ermənistan–Azərbaycan sülh prosesi Yaşıl Enerji Dəhlizi Şərq-Qərb dəhlizi logistika qaz tranziti bərpa olunan enerji qida təhlükəsizliyi səhiyyə təhsil mədəniyyət şəhərsalma su ehtiyatları Pecs Universiteti Azərbaycan Tibb Universiteti Scandens Pharmaceuticals Pannonpharma imzalanmış protokol fəaliyyət planı əməkdaşlıq müqavilələri Azərbaycan–Macarıstan münasibətləri.
05.09.2025 16:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18