DeepSeek OpenAI ilə rəqabət üçün yeni model hazırlayır
Çinli süni intellekt inkişaf etdirən şirkəti olan DeepSeek, ABŞ-lı OpenAI kimi iri süni intellekt şirkətləri ilə rəqabət etmək üçün yeni, inkişaf etmiş AI (süni intellekt) modeli üzərində işləyir.
Marja xəbər verir ki, mənbələrə görə, hazırlanan model - bir istifadəçinin çox az istiqamət verməklə daha çoxlu əməliyyatlar həyata keçirə biləcək şəkildə dizayn olunur. Sistem əvvəlki əməliyyatlarına əsaslanaraq öyrənə və özünü inkişaf etdirə biləcək.
Məlumata görə, DeepSeek-in qurucusu Liang Wenfeng-in komandasını yeni modeli ilin son rübündə təqdim etməyə məcbur edir.
Yanvar ayında DeepSeek “R1” modelini təqdim edərək insanın fikir yürütmə prosesini təqlid edən və bir neçə milyon dollara başa gəldiyi bildirən model ilə qlobal texnologiya sektorunu sarsıtmışdı. Lakin o tarixdən bəri Çinli startap yalnız kiçik yeniliklər yayımlayıb.
OpenAI, Anthropic və Microsoft son aylarda şəxsi və peşəkar vəzifələri asanlaşdırmaq üçün öz proqram təminatlarını təqdim ediblər.
Bu yeni nəsil xidmətlər çoxsaylı söhbət botlarının etdiyi kimi istifadəçiyə qısa mətnlər göndərməklə məhdudlaşmır, səhvləri aşkar etmək kimi daha mürəkkəb tapşırıqları yerinə yetirə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















