Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan pambıqçılıq və tekstil sənayesində lider mövqeyə sahib olan GP Cotton Holdings-in tərkibinə daxil olan Prime Cotton MMC Yevlax rayonunda ənənəvi “Açıq Tarla Günü” tədbirini təşkil edib.

Tədbirdə şirkətin rəhbərliyi, pambıq yetişdirdiyi 15 regiondan 200-ə yaxın fermer, aqronom, yerli və beynəlxalq toxum və dərman şirkətlərinin nümayəndələri, həmçinin Aqrar Sığorta Agentliyinin əməkdaşları iştirak ediblər.

Tədbirin məqsədi fermerlər arasında əməkdaşlığın gücləndirilməsi, aqrotexniki xidmətlər üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və Prime Cotton-un innovativ təsərrüfatlarında aparılan pambıq sınaq əkini nəticələrinin paylaşılması olub.

İştirakçılar Prime Cotton-un Yevlax İnnovasiya Filialındakı eksperimental pambıq sahələrini ziyarət ediblər. Burada fermerlər müxtəlif toxum sortlarından əkilmiş pambıq kollarının inkişaf göstəriciləri ilə tanış olub, bitki sağlamlığı, qoza sayı, budaqlar arasındakı məsafə və kök sisteminə dair müşahidələr aparıblar. Fermerlər həmçinin yerli və xarici toxum təchizatçılarının nümayəndələrinə birbaşa suallar ünvanlayıblar.

Tarla ziyarətindən sonra Naftalan şəhərində konfrans keçirilib. Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudov açılış nitqində şirkətin indiyədək gördüyü işlər, tətbiq edilən innovativ texnologiyalar və inkişaf hədəfləri barədə məlumat verərək bildirib:

“Prime Cotton olaraq bizim ən böyük gücümüz fermerlərimizdir. ‘Açıq Tarla Günü’ yalnız yeni texnologiyaların təqdimatı deyil, həm də 7,000-dən çox fermer şəbəkəmizlə birgə inkişaf yolunda atdığımız strateji addımdır. Məqsədimiz pambıqçılığı daha səmərəli, dayanıqlı və beynəlxalq bazarlarda rəqabətədavamlı etməkdir.”

Şirkət nümayəndələri strateji inkişaf istiqamətləri kimi müasir texnologiyaların tətbiqi, Pima pambığı əkin sahələrinin genişləndirilməsi, aqrar xidmətlərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarını vurğulayıblar.

Tədbir çərçivəsində toxum və dərman şirkətləri fermerlər üçün təqdimatlar keçirərək yeni toxum sortları, gübrələmə və bitki mühafizəsi vasitələri, müasir suvarma texnologiyaları və sığorta mexanizmləri barədə yenilikləri təqdim ediblər.

Aqrar Sığorta Fondunun nümayəndəsi fermerlərin pambıq sahələrinin sığortalanması prosesində üzləşdiyi çətinliklərdən danışıb və risklərin azaldılması üçün praktik tövsiyələr verib.

“Açıq Tarla Günü” Prime Cotton-un strateji yanaşmasının mühüm bir hissəsi kimi dəyərləndirilir. Bu platforma fermerlər, təchizatçılar və şirkət arasında bilik mübadiləsi, mövcud problemlərin müzakirəsi və gələcək hədəflərin müəyyən olunması üçün geniş imkan yaradıb. Fermerlər, Prime Cotton-un 30 illik yubiley ilində keçirilən bu tədbiri təcrübə paylaşımı və əməkdaşlıq baxımından yüksək qiymətləndiriblər.

GP Cotton Holdings Prime Cotton MMC pambıqçılıq tekstil sənayesi Yevlax Açıq Tarla Günü fermerlər aqronomlar toxum şirkətləri dərman şirkətləri Aqrar Sığorta Agentliyi əməkdaşlıq aqrotexniki xidmətlər innovativ təsərrüfat sınaq əkin pambıq sahələri bitki sağlamlığı qoza sayı budaqlararası məsafə kök sistemi Naftalan konfrans Baş İcraçı Direktor Rövşən Mahmudov texnologiyalar Pima pambığı beynəlxalq əməkdaşlıq gübrələmə bitki mühafizəsi suvarma texnologiyaları sığorta mexanizmləri risklərin azaldılması bilik mübadiləsi strateji inkişaf fermer 30 illik yubiley
04.09.2025 13:12
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
AZCON-da yeni təyinat olub
AZCON-da yeni təyinat olub
04.09.2025 14:14
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18