Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb
Azərbaycan və AİB arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunubAzərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən İcraçı direktor xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd edilib.
Görüşdə AİB-nin 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatə edir.
Nazir Sahil Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla aparıldığını bildirib.
Həmçinin, “Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı, tullantı sularının idarə olunması və yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, Bakı Metropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənin dəmiryolu infrastrukturunun modernləşməsi istiqamətində AİB-nin dəstəyini qeyd edib.
Öz növbəsində xanım Reyçl Tompson Azərbaycan ilə AİB arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 1 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
17 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)












