Şərikli biznes - mübahisə və fikir ayrılıqları
Dələduzluq cinayətinin bilinməyən tərəfləri
Şərikli iş görmək şərikli biznes qurmaq hər zaman çətinliklərlə müşayət olunur. Mülki Məcəllənin qəbul olunmasından 15 ildən çox müddət keçməsinə baxmayaraq, hələ də çox təəssüf ki, birgə (şərikli) biznesin qurulmasında və idarə olunmasında Mülki Məcəllənin müddəalarından çox məhdud formada istifadə edilir.
Şərikli şirkət yaradan biznesə başlayan şəxslər adətən daha əvvəl birbirlərini tanıyan adamlar olduğu üçün şirkəti yaradarkən hər hansı müqavilə bağlamağı və yaxud hər iki şəxsin də şirkətin təsisçisi kimi qeydiyyata alınmağı özləri üçün ayıb sayırlar və ya bunun qarşı tərəfdən etibarsızlıq kimi qiymətləndiriləcəyindən ehtiyat edirlər. Bəzi hallarda isə ilkin kapitalın məbləğinin az olması şirkətin böyüyəcəyinə dövriyyənin artıb milyonlarla manata çatmasına inamları az olduğu üçün bunu o qədər də vacib saymırlar.
Şirkətin fəaliyyətinin ilkin dövründə adətən tərəflər arasında çox ciddi mübahisə və fikir ayrılıqları yaranmır. Əsas problemlər şirkətin sürətli inkişafı zamanı və ciddi problemlə üzləşən zaman (vergi problemləri, zərərlə nəticələnən əməliyyatlar zamanı və s.) yaranır. Bu zaman tərəflər arasında dəqiq idarəetmə və məsuliyyətin bölüşdürülməsi mexanizmi olmadığı üçün şəriklər bir birlərini ittiham etməyə başlayırlar. İlk iş olaraq da şəriklərdən biri və ya hər ikisi Hüquq Mühafizə Orqanlarına (adətən bu ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (daha çox sadə vətəndaşlar "Banditizm" idarəsi deyə yadda saxlayırlar) olur ya da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi. Bu tipli müraciətlərin sayının çox olması hətta Ali Məhkəmədə zərurət yaratdı ki, 2015-ci ildə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" bir Qərar qəbul etsin. Qərarın ikinci abzası məsələnin nə qədər ciddi olduğunu çox aydın ifadə edirdi:
Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir, cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb edilmələri, faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, həmçinin, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək əsassız və qanunsuz ittiham hökmləri çıxarılır.
Bu qərar özlüyündə dələduzluq cinayətlərinin araşdırılması və belə əməli törətmiş şəxslərin cəzalandırılması üçün çox əhəmiyyətli olsada, statistik məlumatlar göstərir ki, hətta həmin qərardan sonra da dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edilən şəxslərin sayı artmaqda davam etmişdir. Aşağıdakı qrafikə nəzər yetirək:

Bu tendensiyanın gələcəkdə də artan istiqamətdə gedəcəyini deməyə imkan verir.
Bu baxımdan şərikli biznes quran və ya iri məbləğdə borc verən şəxslərə tövsiyyəmiz ondan ibartədir ki, öz bizneslərini qurmaq üçün ilk növbədə müqavilə bağlayaraq ilkin sərmayənin məbləği gələcəkdə gəlir və xərclərin bölünməsi qaydaları həmçinin hər bir şərikin üzərinə konkret hansı vəzifələrin düşəcəyini dəqiq müəyyənləşdirsinlər. Bu tipli müqavilə təsis müqaviləsi formasında bağlanılır və əvvələr şirkətin qeydiyyata alınması zamanı şəriklər arasında belə müqavilənin olması tələb olunurdu.
Həmçinin iri məbləğdə borc götürən və borc verən şəxslərə habelə hansısa biznesə sərmayə qoymaq istəyən şəxslərə tövsiyyəmiz isə ondan ibarətdir ki, bütün bu əməliyyatları müqavilə əsasında həyata keçirsinlər və pulun alınmasını verilməsini aktla və ya şahidlərin iştirakı ilə həyata keçirsinlər.
Hazırda barələrində dələduzluq maddəsi ilə araşdırma gedən şəxslərə isə tövsiyyəmiz ondan ibarətdir ki, öz hüquqlarının müdafiəsi zamanı Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarını əsas götürsünlər. Belə ki Qərara əsasən dələduzluq cinayətinin baş verməsi üçün şəxsin əmlakı ələ keçirmək niyyəti həmin pulu və ya əmlakı əldə etməzdən əvvəl yaranmalıdır. Yəni siz pulu götürüb hansısa malın alınmasına və ya hansısa işin görülməsinə xərcləmisiz lakin bu aparılan əməliyyat ziyanla başa çatıbsa bu halda dələduzluqdan söhbət gedə bilməz. Bu adi mülki dövriyyə münasibətləridir və sizin əməliniz cinayət kimi qiymətləndirilə bilməz.
Marja.az üçün, Məhkəmə mübahisələri üzrə ekspert Pərviz Məmmədov
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 22 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
























