Azərbaycan aviaşirkətindən yeni onlayn xidmət
Ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni “Air Tastes” xidmətini təqdim edib.
Marja "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.
Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır.
Bu xidmətdən yararlanan sərnişinlərə standart menyu təqdim olunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, “Air Tastes” ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur.
“Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsm veb-saytı və ya mobil tətbiqi üzərindən, “Rezervasiyanın idarə olunması” bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər.
Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















