Chery 5 milyon avtomobil ixracı həddini keçən ilk Çin markası oldu
31 iyul 2025-ci il tarixinə olan məlumata görə, Çinin avtomobil istehsalçısı Chery Group-un cəmi istifadəçi bazası (bu tarixədək satılmış avtomobillərin sayı) 17,18 milyonu ötüb, onların 5,17 milyonundan çoxu xarici istifadəçilərdir (Çinin xaricinə göndərilmiş avtomobillərin sayı).
Marja.az xəbər verir ki, 2025-ci ilin İyul ayında Chery Group ümumilikdə 224 min 439 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% artım deməkdir.
Qrup yeni enerji ilə işləyən nəqliyyat vasitələri (NEV - hibrit, plug-in hibrit və digər elektrik avtomobillər) sahəsində də nəticələrini açıqlayıb — 65 min 357 vahid satış qeydə alınıb ki, bu da illik müqayisədə 44,1% artım deməkdir.
Chery iyul ayında 119 min 90 avtomobil ixrac etməklə, əvvəlki illə müqayisədə 31,9% artım göstərib və Çin avtomobillərinin aparıcı ixracatçısı mövqeyini qoruyub.
Bu ilin ilk yeddi ayında Chery-nin ümumi satışı 1 milyon 484 min 563 avtomobilə çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir. Həmin dövrdə şirkət 669 min 360 avtomobil ixrac edib və bu, onu Çində ixrac üzrə lider mövqeyində saxlayıb.
İxrac bazarında BYD Chery-yə yaxınlaşır. Bu ilin ilk yarısında BYD-nin ixrac həcmi illik müqayisədə 118,2% artaraq, Chery ilə rəqabətə yaxınlaşıb.
Yiche platformasının məlumatına görə, 2025-ci ilin ilk yarısında Çin avtomobillərinin ixrac olunduğu ilk üç ölkə Meksika, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya olub. Meksikaya 234 min 500 ədəd, BƏƏ-yə 214 min 300 ədəd, Rusiyaya isə 171 min ədəd avtomobil ixrac edilib.
İxrac illik müqayisədə Meksikaya 30,7%, BƏƏ-yə 58,5% artıb, Rusiyaya isə ixrac 59,2% azalıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 d. sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 45 d. əvvəl
-
- 48 d. əvvəl
-
1 saat əvvəl
Dünya Bankı qızılın bahalaşacağını, neftin isə ucuzlaşacağını gözləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
Avropa bankı Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 milyon dollar ayıra bilər
-
11 saat əvvəl
Azərbaycanda 5 bankın balans kapitalı 225 milyon manatdan çoxdur
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda hotellərdəki yerlərin 75 faizi boş qalıb
3 ayda 78 milyard dollara yaxın gəlir əldə edib
Avropa bankı Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 milyon dollar ayıra bilər
Azərbaycanda 5 bankın balans kapitalı 225 milyon manatdan çoxdur
Ən çox oxunanlar
FED faiz qərarını açıqladı
5 trilyon dollarlıq dəyərə çatan ilk şirkət oldu
Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
AFB Bankdan “Yüksək Qazanclı Əmanət” – illik 12% gəlir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)


