Trampın vergi qanunu büdcə kəsirini 3,4 trilyon dollar artıracaq
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) yeni hesablamalarına görə, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda qüvvəyə minmiş vergi və xərclər haqqında qanun layihəsi yaxın onillikdə ABŞ-ın büdcə kəsirinə əlavə 3,4 trilyon dollar əlavə edəcək.ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) yeni hesablamalarına görə, ABŞ prezidenti Donald Trampın bu yaxınlarda qüvvəyə minmiş vergi və xərclər haqqında qanun layihəsi yaxın onillikdə ABŞ-ın büdcə kəsirinə 3,4 trilyon dollar əlavə edəcək və milyonlarla insanı tibbi sığortadan məhrum edəcək.
Bazar ertəsi açıqlanan CBO təhlilinə görə, qanun mövcud qanunvericiliklə müqayisədə 4,5 trilyon dollar gəlir itkisini və xərclərin 1,1 trilyon dollar azalmasını əks etdirir. Bu yeni təhlil iqtisadi artım və ya faiz dərəcələri kimi dinamik amilləri əhatə etmir.
Tramp respublikaçılar ilə aylarla davam edən danışıqlardan sonra iyulun 4-də “Bir Böyük Gözəl Qanun” adlandırdığı qanun layihəsini imzalayıb. Qanun Trampın iqtisadi gündəminin çox hissəsini əhatə edir: O, gəlir vergisi endirimlərini daimi edir, bəzi bizneslər üçün vergi imtiyazlarını saxlayır, ştat və yerli vergi endirimlərinə məhdudiyyətin yuxatı "tavanını" ləğv edir, bəxşiş və əlavə iş gəlirlərinə görə vergiləri müvəqqəti olaraq aradan qaldırır.
Qanunvericiliyin qəbulu bəzi iqtisadçıların və investorların ABŞ-ın büdcə kəsirinin daha da genişlənəcəyinə dair xəbərdarlıqlarına səbəb olub. Bu, borclanma xərclərini və inflyasiyanı artıra bilər. Bununla belə, Tramp administrasiyası il ərzində ABŞ-ın idxalına tətbiq edilən tariflərdən əldə edilən gəlirləri qeyd edir və bu gəlirlərin büdcə kəsirini kompensasiya edəcəyini iddia edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
-
38 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib






.jpg)







.jpg)









