“AFB Bank”ın xalis mənfəəti 4,3 dəfə artıb
“AFB Bank” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 718 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci yarısını 634 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “AFB Bank”ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 4,3 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında “AFB Bank”ın faiz gəlirləri 334 min manat və ya 3,2% artaraq 10 milyon 920 min manat, qeyri-faiz gəlirləri isə 383 min manat və ya 9,4 % artaraq 4 milyon 460 min manat təşkil edib.
2025-ci ilin ilk 6 ayı ərzində “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 380 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 14 milyon 357 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 23 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş (qayıtmış) 1 milyon 695 min manat mənfəətə əlavə edilib. Beləliklə, Bank cari ilin ilk 6 ayını 2 milyon 718 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 milyon 663 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 12 milyon 695 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 968 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 334 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılmışdı. Bununla əlaqədar olaraq “AFB Bank”ın mənfəəti 634 min manata düşmüşdü.
BANK BÖYÜYÜB
“AFB Bank”ın cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 16 milyon 656 min manat və ya 5,6% artaraq 30 iyun 2025-ci il tarixində 311 milyon 823 manata çatıb. Bankın kredit portfeli isə 19 milyon 815 min manat və ya 10,8% artaraq 202 milyon 906 min manata yüksəlib.
“AFB Bank”ın istehlak kreditləri portfeli 4 milyon 818 min manat artaraq 26 milyon 581 min manata, biznes kreditləri portfeli 17 milyon 6 min manat artaraq 107 milyon 63 min manata yüksəlib, ipoteka kreditləri portfeli 2 milyon 10 min manat azalaraq 69 milyon 263 min manata düşüb.
2025-ci ilin ilk yarısında “AFB Bank”da cəmi depozitlər 7 milyon 963 min manat və ya 6% artaraq 140 milyon 946 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 15 milyon 812 min manat artaraq 75 milyon 919 min manata yüksəlib.
30 iyun 2025-ci il tarixində “AFB Bank” 72 milyon 829 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
















.jpg)





