Bank Respublika-nın bütün əsas maliyyə göstəricilərində artım olub
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində sabir və dayanıqlı artım nümayiş etdirib.
Bu uğurlar müştəriyönümlü strategiyanın, rəqəmsal texnologiyalara yatırılan investisiyaların, risklərin effektiv idarə edilməsinin və şaxələndirilmiş biznes modelinin nəticəsidir.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
2025-ci ilin birinci yarımilliyi üzrə əsas maliyyə göstəriciləri:
Aktivlər 19,5% artaraq 2,66 milyard manata çatıb
Məcmu kapital 23,8% artaraq 240,04 milyon manata yüksəlib
Kredit portfeli 22,8% artaraq 1,53 milyard manata çatıb
Xalis faiz gəlirləri 15,1% artaraq 81,6 milyon manat təşkil edib
Xalis əməliyyat mənfəəti 14,06% artaraq 35,86 milyon manata çatıb
Xalis mənfəət 14,7% artaraq 27,9 milyon manat təşkil edib
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,35% (norma 6,5%)
Məcmu kapitalın adekvatlıq əmsalı — 14,09% (norma 12,5%)
Leverec əmsalı — 5,89% (norma 5%)
1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
