Sosial Dəstək Mərkəzinin zərəri 22 % azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2024-cü ili 122 min manat zərərlə başa vurub.
Mərkəzin maliyyə hesabatına görə, bu, 2023-cü illə müqayisədə 21,9 % azdır.
Bununla belə, qurumun yığılmış zərəri 22,6 % artaraq 661 min manata çatıb.
Ötən il Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 874 min manat (əvvəlki ilə nisbətən 0,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 581 min manat (13,9 % çox), sosial xidmət və maddi yardım xərcləri 142 min manat (42,3 % az), köhnəlmə və amortizasiya xərcləri 197 min manat (3 % az), inzibati və digər əməliyyat xərcləri isə 76 min manat (16,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Sosial Dəstək Mərkəzinin aktivləri, həm də balans kapitalı 2 milyon 895 min manat olub ki, bu da illik müqayisədə 1,4 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri olmayıb.
Xatırladaq ki, Sosial Dəstək Mərkəzi 2021-ci ilin avqust ayında ƏƏSMN-nin tabeliyindəki "Həyat Ticarət Mərkəzi" və "Əlillərin Məişət Xidməti Cərgəsi"nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,27 milyon manatdır. Mərkəz əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, habelə sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin məşğulluğu, sosial müdafiəsi, təminatı, sosial adaptasiyası ilə bağlı tədbirlər, həmçinin bu istiqamətdə müxtəlif sosial dəstək layihələrini həyata keçirən publik hüquqi şəxsdir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
23 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
55 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

















.jpg)














