Bankların kredit portfelinin artım sürəti 1,8 dəfə azalıb
Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2025" buraxılışını dərc edib.
Marja.az bülletenə istinadən xəbər verir ki, 2025-ci ilin may ayında aprel ayı ilə müqayisədə bankların kredit portfeli 1% və ya 290 milyon manat artaraq 28 milyard 386.5 milyon manat olmuşdur.
31 may 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15 milyrd 100 milyon manat);
ıı) istehlak kreditləri – 31.3% (8 milyard 881.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 404.6 milyon manat).
Xatırladaq ki, 2024-cü ilin may ayında bankların kredit portfeli 2.1% və ya 513.7 milyon manat artaraq 25 milyard 158.2 milyon manat olmuşdu.
31 May 2024-cü il tarixində kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.8% (13 milyard 784.7 milyon manat);
ıı) istehlak kreditləri – 29.7% (7 milyard 480.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (3 milyard 893.3 milyon manat).
2024-cü ilin may ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 milyon manat (+2.3%), 153.2 milyon manat (+2.1%) və 52.2 milyon manat (+1.4%) artmışdı.
2025-ci ilin aprel ayında isə bankların kredit portfeli 0.8% və ya 219.4 milyon manat artaraq 28 milyard 96.5 milyon manata çatmışdı.
30 aprel 2025-ci il tarixində kredit portfelinin strukturu:
ı) biznes kreditləri –53.2% (14 milyard 952.7 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (8 milyard 747.6 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 396.2 milyon manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
9 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul






















.jpg)

