PAŞA Kapital 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransı keçirib
Şirkətin gəliri 42% artaraq, 11 milyon manat olub. Faiz gəlirləri 2,2 dəfə artaraq 4,5 milyon AZN-ə çatıb, qeyri-faiz gəlirləri isə 17,4% artımla 6,7 milyon AZN təşkil edib.12 iyun 2025-ci il tarixində kapital bazarlarındakı lider mövqeyini ildən-ilə gücləndirən PAŞA Kapital İnvestisiya Şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransı baş tutub.
Mətbuat konfransında şirkətin direktoru Ceyhun Hacıyev, direktorun satış üzrə müşaviri İlqar Tağıyev, marketinq direktoru Gülşən Cumayeva iştirak ediblər.
Mətbuat konfransı çərçivəsində bildirilib ki, fəaliyyətinin 24-cü ilində olan Azərbaycan kapital bazarları son illərdə əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf tendensiyası, ilk növbədə, investisiya şirkətlərinin əməliyyat həcminin genişlənməsi, investor bazasının, xüsusilə də fiziki şəxslərin artması, eləcə də dövlət və özəl sektor nümayəndələrinin müasir maliyyə alətlərinə marağının yüksəlməsi ilə bağlıdır.
Bakı Fond Birjasının 31.12.2024-cü ildə təqdim etdiyi rəsmi hesabata əsasən, kapital bazarının illik dövriyyəsi 2023-cü ildə 48 milyard AZN təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici iki dəfədən çox artaraq 107 milyard AZN səviyyəsinə çatıb. Paralel olaraq, bazarın kapitallaşması da 20%-lik artımla 6 milyard AZN həcmində qeydə alınıb ki, bu da ümumi bazar strukturunda davamlı inkişafın göstəricisidir.
Mövcud inkişaf mühiti fonunda, PAŞA Holdinqin 100%-lik səhmdarlığı ilə fəaliyyət göstərən və 13 ildən artıqdır ki, yerli kapital bazarlarının fəal iştirakçısı olan PAŞA Kapital İnvestisiya Şirkəti, 2024-cü ildə yerli bazarda dövriyyə həcmini əvvəlki illə müqayisədə 35% artıraraq 27 milyard manatadək çatdırmış, mövqeyini daha da möhkəmləndirmişdir.
Şirkətin 2024-cü il üzrə uğurlu maliyyə nəticələrini əks etdirən əsas göstəricilər aşağıdakılardır:
- Dövlət istiqrazları üzrə yerli bazarda PAŞA Kapital son üç ildə davamlı artım nümayiş etdirərək bazar payını 55%-ə qədər yüksəldib.
- Korporativ istiqrazlar üzrə bazar payını öncəki il ilə müqayisədə 33%-dək artırıb.
- 2024-cü il ərzində şirkətin xarici bazarlarda dövriyyəsi ümumilikdə təxminən 3 milyard manat həcmində olub. 2025-ci ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 1 milyard 400 milyon manata yaxındır.
Qeyd edilib ki, Şirkətin gəliri 42% artaraq, 11 milyon manat olub. Faiz gəlirləri 2,2 dəfə artaraq 4,5 milyon AZN-ə çatıb, qeyri-faiz gəlirləri isə 17,4% artımla 6,7 milyon AZN təşkil edib.
Anderraytinq üzrə ötən il ilə müqayisədə 185% artımla 559 milyon manat həcmində ilkin yerləşdirmə edib.
Xatırladaq ki, bazardakı lider mövqeyini daima qoruyan PAŞA Kapital müştərilərinə aşağıdakı geniş çeşidli xidmət və məhsulları, innovativ həlləri təqdim edir:
- Brokerlik;
- Anderraytinq;
- Marja Ticarəti;
- Market Meykinq və Maliyyə Məsləhətləri;
- Portfel İdarəçiliyi.
2024-cü il üzrə şirkətin maliyyə hesabatına dair daha ətraflı məlumatı bu linkə keçid edərək əldə etmək olar:https://www.pashacapital.az/investment/site/assets/files/2642/audit_hesabati_2024.pdf
Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























