Nəhəng Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə qərar verildi

Bu gün Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib.
Bu barədə "Marja-ya bp-Azərbaycan"dan bildirilib.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).
Qeyd edilib ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
ŞDK layihəsi üzrə yekun investisiya qərarının rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində baş tutub.
SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Şahdəniz Kompressiya layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir səhifədir. Bu layihə resursların uzunmüddətli işlənməsi, texnoloji irəliləyiş və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi əks etdirir. Bu investisiya Şahdənizin regionda və ondan kənarda mühüm enerji mənbəyi kimi rolunu daha da gücləndirəcək və eyni zamanda yerli iqtisadiyyatımız və işçi qüvvəsi üçün yeni imkanlar yaradacaq. Elektriklə işləyən, heyətsiz kompressiya platforması texnologiyasının tətbiqi regionda dəniz işlənmələri sahəsində müasir və səmərəli bir yanaşmadır. Bununla yanaşı layihənin yerli tikinti resurslarından və təcrübədən istifadəyə üstünlük verməsi ölkənin potensialının qurulmasına və iqtisadi artımın dəstəklənməsinə olan sadiqliyimizi göstərir. Bütün tərəfdaşlarımıza davamlı etimadlarına və əməkdaşlığa görə təşəkkür edirik. SOCAR bu layihənin təhlükəsiz və səmərəli, həmçinin Azərbaycan və tərəfdaşlarımız üçün maksimum fayda gətirəcək şəkildə həyata keçirilməsi üçün çalışacaq.”
Şahdəniz yatağının operatoru olan bp şirkətinin regional prezidenti Qəri Counz dedi: “Bu mühüm layihə dünyanın ən böyük və mürəkkəb qaz yataqlarından biri olan Şahdənizin qarşıdan gələn onilliklər ərzində qlobal iri enerji təchizatçısı kimi qalmasına və bu nəhəng yataqdan maksimum ümumi hasilat əldə etməyə imkan yaradacaq. Bu uğur yolumuzda göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və Şahdəniz layihəsindəki tərəfdaşlarımıza təşəkkür edirik.”
Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri də əhatə edir. Bunlara daxildir:
Mövcud ŞDA və ŞDB platformalarının qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri.
ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti.
ŞDB-dən ŞDK platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti.
Bundan əlavə, layihə ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və 4000-ə qədər iş yeri yaradacaq.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib. Yatağda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var. Şahdəniz yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz ixracına 2006-cı ildə başlanıb və ilkin olaraq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edilib. Daha sonra, Şahdəniz 2 layihəsi çərçivəsində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2018-ci ilin iyun ayından Türkiyəyə, 2020-ci ilin dekabr ayından isə Avropaya qaz çatdırılır. İlkin hasilat başlayandan indiyədək Şahdəniz yatağından təxminən 243 milyard kubmetr qaz və 50 milyon ton kondensat hasil edilib. 2024-cü ildə Şahdəniz yatağından təxminən 28 milyard kubmetr qaz və 4 milyon tondan artıq (təxminən 35 milyon barel) kondensat hasil edilib.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
- 1 gün sonra
-
14 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
14 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
15 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
15 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
15 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
15 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
