Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub
Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib.
Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Bildirilib ki, ötən il şəhərin ümumtəhsil müəssisələrini 28 min 203 şagird bitirib və onların 28 min 115 nəfəri buraxılış imtahanında iştirak edib.
Şəhərin məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal (62.03) respublika üzrə orta göstəricidən 11.66%, riyaziyyat fənni üzrə topladıqları orta bal (38.05) 11.59%, xarici dil fənni üzrə topladıqları orta bal (51.73) 21.12%, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (151.80) isə 14.92% yuxarıdır.
Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12.78%-i 30 və daha az, 43.89%-i 30-70 intervalında, 43.33%-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq 52.82%, 27.85% va 19.33%, xarici dil fənni üzrə isə 30.29%, 37.26% va 32.46% olub.
Ümumilikdə 28113 nəfər attestat alıb.
Attestat alanların 77.61%-i (21 min 819 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 92.48%-i (26 min nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.
Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 14 min 225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.
Şəhərin məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:
0-100 intervalında 8.24% (1798 nəfər), 100-200 intervalında 23.82% (5197 nəfər), 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər), 500-dən yuxarı 14.08% (3073 nəfər). Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.
Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 50.44%-dir.
® “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
33 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 41 d. əvvəl
-
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
2 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az

























