"PASHA Bank Cup VII" yarışının qalibləri elan edilib - SİYAHI ®
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başa çatıb.
Tələbələrin, şagirdlərin və mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təşəbbüslərin davamı olaraq, "PASHA Bank Cup VII" yarışının məqsədi İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə verməkdir. 24 may 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirilən final mərhələsində iştirakçılar müxtəlif mövzularda biliklərini sınayaraq, yeni fundamental biliklər qazanmaq və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
“PAŞA Bank”ın idarə heyətinin üzvü Calal Orucov, tədbirdə çıxış edərək, ölkədə İT sahəsində təhsil almış və bu sahədə fəaliyyət göstərən bacarıqlı kadrların aşkar edilməsi üçün görülən işlərdən və müsabiqənin bu sahəyə verdiyi dəstəkdən danışıb.
“'PAŞA Bank' olaraq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndislik sahələrində təşəbbüslərin həyata keçirilmsinə davam edəcəyik. Təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək, gənclər arasında bu sahəyə olan marağı artırmağı hədəfləyirik,”- deyə, Orucov vurğulayıb.
Qeyd edək ki, finala vəsiqə qazanmış 60 iştirakçıdan kateqoriyalar üzrə ümumilikdə 12 qalib seçilib.
Məktəblilər
1. Ayxan Dəmirli
2. Həsən Vəliyev
3. Əli Əliyev
Tələbələr
1.Sahib Əliyev
2. Emil İnockin
3. Nicat Əsgərli
Peşəkarlar
1. Rahim Məmmədli
2. Kənan Əsgərli
3. Əli Qurbanov
Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Apple watch və digər dəyərli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “PAŞA Bank” ölkədə İT sahəsinin inkişafına mühüm töhfə vermək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirir. Bu çərçivədə “PAŞA Bank” tərəfindən təşkil olunan “PASHA Bank Cup”, “Hackathon”lar və digər layihələr, gənc proqramçılar və İT mütəxəssisləri üçün yeni ideyaların ortaya çıxmasına, innovativ həllərin hazırlanmasına və ölkədə texnologiya ekosisteminin inkişafına böyük dəstək olur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 19 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ























