Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Amerika fond indeksləri “Moody's”-in ABŞ-ın reytinqini aşağı salması xəbəri fonunda sessiya ərzindəki itkiləri bərpa edərək bazar ertəsi ticarət gününü cüzi artımla başa vurdu. Həmçinin, dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. EURUSD valyuta cütlüyü Avrozonada İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozlara uyğun dərc olunması fonunda 1.12880 səviyyəsinə qədər bahalaşıb. Lakin, sonradan məzənnə 1.12180 səviyyəsinə qədər eniş sərgiləyib. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.34030 həddindən 1.33440 həddinə kimi geriləyib.
Avstraliya Ehtiyatlar Bankının (RBA), proqnoz olunduğu kimi, faiz dərəcəsini 4.10%-dən 3.85%-ə qədər endirdi. Bunun fonunda AUDUSD valyuta cütlüyü 0.64440 həddindən 0.64230 həddinə qədər zəifləyib. Qızılın qiyməti isə təzyiq altında qalmaqda davam edir. Dəyərli metal 3205$ səviyyəsinə qədər ucuzlaşıb.
“Moody's Ratings” agentliyi ABŞ-ın suveren kredit reytinqini artan dövlət borcu və büdcə kəsiri ilə bağlı narahatlıqlar səbəbilə "Aaa" səviyyəsindən "Aa1" səviyyəsinə qədər endirdi. “Moody’s”, "böyük üçlük" reytinq agentlikləri arasında dünyanın ən böyük iqtisadiyyatına ən yüksək reytinq verən sonuncu agentlik idi.
ABŞ-ın maliyyə naziri Skott Bessent agentliyin qərarını "geridə qalmış göstərici" kimi adlandırdı. O bildirib ki, prezident Donald Trampın administrasiyası ABŞ iqtisadiyyatının artımını sürətləndirəcək, bu da, büdcə xərclərinin artımını kompensasiya edəcək.
“Möhtəşəm yeddilik” şirkətləri arasında “Tesla Inc.” və “Apple Inc.” səhmlərinin qiyməti müvafiq olaraq 2.3% və 1.2% ucuzlaşıb. “Microsoft Corp.”-un kapitalizasiyası 1%, “Amazon.com Inc.”-in 0.3%, “Alphabet Inc.”-in isə 0.2% artıb. “Nvidia Corp.”-un səhmləri 0.1%, Meta-nın qiymətli kağızları isə cəmi 0.01% bahalaşıb.
“Dow Jones Industrial Average” indeksi 137.33 bənd (0.32%) artaraq 42792.07 bənd təşkil edib. “S&P 500” indeksi 5.22 bənd (0.09%) artaraq 5963.6 bəndə yüksəlib. “Nasdaq Composite” indeksi isə 4.36 bənd (0.02%) artaraq 19215.46 bənd səviyyəsində qərarlaşıb.
Bugün Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Kanadada açıqlanacaq inflyasiyaya dair göstəricilər bazar iştirakçılarına maraqlı olacaq. Həmçinin, bugün "Böyük Yeddilik" (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















