Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib
“Elektron şərtlər toplusu” funksionallığı sayəsində satınalan təşkilatların nümayəndələri şərtlər toplusunu birbaşa portal vasitəsilə formalaşdırmaq imkanı əldə edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) yeni funksiya istifadəyə verilib. Belə ki, satınalma proseslərinin şəffaf, vahid standartlara uyğun və tam rəqəmsal şəkildə aparılmasının təmin edilməsi məqsədilə “Elektron şərtlər toplusu” funksionallığı portala əlavə edilib.
Yeni funksiya satınalan təşkilatların nümayəndələrinə şərtlər toplusunu sistemdən kənarda deyil, birbaşa portal vasitəsilə formalaşdırmağa imkan verir. Sözügedən yenilik satınalma metodundan və predmetin növündən asılı olaraq, satınalan təşkilatlar tərəfindən yaradılan şərtlər toplularının qanunvericiliyin tələblərinə uyğun olmasına və nəticədə, texniki səhvlərin minimum səviyyəyə endirilməsinə şərait yaradır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















