PashaPay Bir ekosistemi qlobal Money20/20 Europe tədbirində təmsil edəcək
İlk dəfə Azərbaycan şirkəti nüfuzlu Money20/20 Europe tədbirində təmsil olunacaq. Bir ekosistem Google, Microsoft və Nvidia kimi techfin nəhəngləri ilə eyni platformada yer alacaq
(®) Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay Bir ekosistemi təmsil edərək, 3-5 iyun tarixlərində Amsterdamda keçiriləcək ən böyük qlobal fintex konfransı – Money20/20 Europe tədbirində sponsor olaraq öz stendi ilə iştirak edəcək.
PashaPay və Bir ekosistem stendinin ziyarətçiləri Azərbaycanın maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində fəaliyyət göstərən aparıcı brendləri – m10, MilliÖn, Birbank və Umico da daxil olmaqla, Bir ekosistemin təqdim etdiyi innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər.
PashaPay bu nüfuzlu tədbirdə iştirakı ilə Azərbaycanın fintex ekosisteminin beynəlxalq səviyyədə tanıdılmasını, strateji tərəfdaşlıqların qurulmasını və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təcrübələrin öyrənilməsini hədəfləyir.
Onu da qeyd edək ki, ilk dəfə Azərbaycandan olan şirkətin dünyanın aparıcı fintex korporasiyalarının toplandığı Money20/20 Europe tədbirində iştirak edərək, Google, Microsoft və Nvidia kimi texnologiya və maliyyə (techfin) nəhəngləri ilə eyni platformada yer alması tədbirdə iştirakın əhəmiyyətini artırır.
Money20/20 Europe – ödəniş sistemləri, fintex və maliyyə xidmətləri sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biridir. Hər il Avropa, Asiya və ABŞ-da keçirilən bu tədbir minlərlə iştirakçını, bank və texnologiya liderlərini bir araya gətirərək gələcəyin maliyyə sistemini formalaşdırır.
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
2 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
