Çin brendinin Azərbaycanda rəsmi nümayəndəliyi Çində səfərdə olub
Voyah və M-HERO avtomobillərinin Azərbaycanda rəsmi distributoru “SCM Motors” şirkətinin nümayəndə heyəti 21-23 aprel tarixlərində Çində təşkil olunan rəsmi dilerlərin görüşündə iştirak edib.
“Dongfeng Global İnovation” mərkəzində təşkil olunan tədbir zamanı MDB ölkələri üzrə əldə olunan satış göstəriciləri, növbəti il üçün nəzərdə tutulan marketinq və satış strategiyaları müzakirə edilib, həmçinin dəyirmi masa formatında biznes seminarlar təşkil olunub.
Tədbir zamanı “SCM Motors” şirkətinin rəhbərliyi “Dongfeng Motor” korporasiyasının baş meneceri Ma Lei ilə də görüşüb.
Səfər çərçivəsində nümayəndə heyəti Şanxayda keçirilən 21-ci Şanxay Beynəlxalq Avtomobil sərgisini ziyarət edib, eləcə də M-HERO və VOYAH avtomobillərinin istehsal edildiyi zavodlara səfər edib.
Qeyd edək ki, sözügedən avtomobillərin Azərbaycanda rəsmi satışı “SCM Motors” şirkətinin Çin avtomobil industriyasının nəhəng qurucularından biri “Dongfeng Motor” korporasiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bütün standartlara cavab verən servis mərkəzi olan distributor avtomobillərə 8 il və ya 160 000 km-dək zəmanət verir.
Daha ətraflı məlumatı şirkətin rəsmi internet (www.voyah.com.az) və ya sosial media səhifələrindən (@voyah.azerbaijan), eləcə də +994 55 535 77 77 əlaqə nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 6 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















