Azərbaycana gələn avropalıların və ərəblərin sayı azalıb
Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb. Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıbDövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumat yayıb.
Məlumatda bildirilri ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 508,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 24,7 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,6 faizini kişilər, 28,4 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1,8 dəfə, İordaniyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Hindistandan - 47,6 faiz, Qırğızıstandan - 32,6 faiz, Yaponiyadan - 26,5 faiz, Misirdən - 25,0 faiz, ABŞ-dan - 17,3 faiz, Kanadadan - 15,2 faiz, Niderlanddan - 12,2 faiz, Pakistandan - 11,5 faiz artmışdır.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,8 faiz azalaraq 17,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 82,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 10,7 faiz azalaraq 170,6 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 11,8 faiz artaraq 237,5 min nəfər təşkil etmişdir.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,9 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,7 faiz azalaraq 468,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 24,1 faiz, Gürcüstana gedənlərin sayı 16,4 faiz artmış, Türkiyəyə gedənlərin sayı 5,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 25,3 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







