Müdafiə Nazirliyindən "EPTAL GROUP" şirkətinə 1,4 milyon manatlıq sifariş!
Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Azərbaycan Ordusunun hərbi hissələri üçün metal tərkibli mebel, kazarma inventarlarının quraşdırılması ilə birlikdə satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib şirkət "EPTAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Təklifin məbləği 1 milyon 414 min manatdır. Qeyd edək ki, ehtimal olunan qiymət 2 milyon 436 min manat idi.
"Eptal Group" MMC ofislər, anbarlar, arxivlər, banklar, sənaye binaları, idman və təhsil müəssisələrinin soyunub-geyinmə otaqları üçün mebellərin geniş çeşidini təklif edir. "Eptal Group"un təklif etdiyi metal mebellər və rəf sistemləri yüksək keyfiyyətli poladdan hazırlanır, nəm və paslanmaya qarşı epoksid poliestr tozu ilə qaplama olunur. Metal mebellər daha uzunmüddətli istifadəyə nəzərdə tutulduğu üçün idarə və təşkilatlarda və digər məkanlarda istifadəsinə üstünlük verilir. Bu mebellər yanğına davamlıdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















