Türkiyə Mərkəzi Bankından sürpriz qərar - FAİZ ARTIRDI
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı aprel ayı üzrə faiz qərarını açıqlayıb. Bank uçot dərəcəsi (əsas faizi) olan bir həftəlik repo hərrac faiz dərəcəsini 42,5 faizdən 46 faizə qaldırmağa qərar verib. Həmçinin İdarə Heyəti Mərkəzi Bankın gecəlik borcvermə faizini 46 faizdən 49 faizə, gecəlik borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb. Proqnozlar faiz dərəcələrinin sabit qalacağı idi.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 3,50 bənd artıraraq 46 faizə yüksəldib.
İqtisadçılar bu ay keçiriləcək iclasda əsas faizdə hər hansı dəyişiklik gözləmirdilər.
TCMB mart ayında keçirdiyi iclasında faizini 2,50 faiz bəndi azaldaraq 45 faizdən 42,5 faizə endirmişdi.
Həmçinin TCMB-nin İdarə Heyəti Mərkəzi Bankın gecəlik borcvermə dərəcəsini 46 faizdən 49 faizə, gecəlik borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb. Proqnozlar bu faiz dərəcələrinin də sabit qalacağı idi.
Bankın növbəti iclası iyunun 19-da keçiriləcək.
Mərkəzi Bank press-relizində qeyd edib ki, daxili tələb və inflyasiyanın azalması sürəti yavaşlayıb. Həmçinin, qlobal ticarətdə artan proteksionizm meyllərinin qlobal iqtisadi aktivlik, əmtəə qiymətləri və kapital axını ilə deinflyasiya prosesinə mümkün təsirləri də diqqətlə izlənir.
Mərkəzi Bank inflyasiyanın əhəmiyyətli və qalıcı bir şəkildə pisləşməsinin proqnozlaşdırıldığı təqdirdə pul siyasəti mövqeyinin daha sərtləşdiriləcəyini qeyd edib.
Müştərilərin xəbərləri

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu tut bağının salınmasına maliyyə dəstəyi ayırıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur
-
2 saat əvvəl
Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü olub
-
2 saat əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
-
2 saat əvvəl
Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
-
3 saat əvvəl
"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
-
3 saat əvvəl
Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

“Azərbaycanfilm” studiyasına direktor təyin olunub

Azərbaycanda 5 bankın kredit portfeli 1,5 milyard manatdan çoxdur

Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

"Sizin Lombard" illik 15%-lə 7 il müdətinə 2 milyon manat cəlb etdi
Ən çox oxunanlar

Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU

Azərbaycanda yaşayış minimumu 15 manat artırılır - 300 manat olacaq

CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
