“Aqrarkredit”in rəhbərliyində dəyişiklik olub - Sahil Babayevin sədrliyi ilə yığıncaq keçirilib
“Aqrarkredit” QSC-nin Səhmdarının ümumi yığıncağı keçirilib, İdarə Heyətinin yeni tərkibi təsdiq edilib15 aprel 2025-ci il tarixində “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. Qeyd olunub ki, “Aqrarkredit” QSC-nin Nizamnaməsinə əsasən İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.
S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib. Nazir ötən müddət ərzində “Aqrarkredit” QSC-nin dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.
Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.
S.Babayev İdarə Heyətinin yeni üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb, “Aqrarkredit” QSC-nin öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq, regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd yerlərində fəaliyyət göstərən sahibkarlara kreditlərin verilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulları tətbiq etməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın rifahının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmiş məqsədyönlü siyasətinə bundan sonra da mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.
Aqrarkredit” QSC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.
“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 №-li Fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit” QSC-nin Səhmdarı olaraq çıxış edir. “Aqrarkredit” QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
14 d. əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 24 d. əvvəl
-
30 d. əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
1 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Ən çox oxunanlar
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq


















