Azərbaycanda 1-ci rübdə 6,9 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Energetika Nazirliyi 2025-ci ilin 1-ci rübü üzrə neft-qaz göstəricilərini açqıalyıb.
Nazirliyin yaydığı məlumata görə, 2025-ci ilin 1-ci rübü ərzində, operativ məlumatlara əsasən respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.
Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, bu ilin mart ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barrel) olub. Bunun 62,6 min tonunu (462 min barrel) xam neft, 14,3 min tonunu (118 min barrel) kondensat təşkil edib.
Rüb ərzində neftin emalı 1,4 milyon ton təşkil edib.
2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 605,6 milyon ton neft, 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat, 243,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 aprel 2025-ci il tarixinədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















