İRİA tərəfindən Sumqayıt gənclərinə 10 000 AZN dəyərində mükafat!
(®) 5-6 aprel tarixlərində Sumqayıt şəhərində təşkil olunan "INNOSTART" Hakatonu çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən gənclərin inkişafına yönəlik ümumilikdə 10 000 AZN dəyərində maliyyə dəstəyi ayrılıb.
Dəstək, hakatonun qalib komandalarına investisiya formatında təqdim edilib və onların təqdim etdikləri startap layihələrinin gələcəkdə inkişaf etdirilməsini hədəfləyir.
İki gün davam edən intensiv proqram müddətində iştirakçılar komandalar şəklində innovativ və texnoloji həllər üzərində çalışaraq ideyalarını münsiflər heyətinə təqdim ediblər. Hakaton zamanı iştirakçılar biznes modeli qurmaq, texniki yanaşmalar üzərində işləmək və layihələrini konkret təqdimat formatına salmaq imkanı əldə ediblər. Münsiflərin qiymətləndirməsi nəticəsində üç qalib komanda müəyyən olunub.
Qalib layihələr aşağıdakılardır:
• "Codepays" - Şirkətlərin İT sahəsində ixtisaslaşmış peşəkarları daha səmərəli şəkildə tapıb işə cəlb etməsini təmin edən platforma.
• "Biolonic" - Kimyəvi prosesləri rəqəmsal formada vizuallaşdıraraq təhsil və sənaye sahələrində istifadəsini asanlaşdıran platforma.
• "Student All" - Abituriyentlərin ixtisas seçimi mərhələsində onlara uyğun istiqamətləri müəyyənləşdirməsinə yardım edən seçim aləti.
Tədbir çərçivəsində iştirakçılar həmçinin təcrübəli mentorların dəstəyi ilə layihələrini daha da təkmilləşdirmək imkanı əldə ediblər. Hakatonun əsas məqsədi gənclərin innovasiya və startap sahəsindəki potensialını üzə çıxarmaq, onların ideyalarını real layihələrə çevirməyə imkan yaratmaqdır.
"INNOSTART" Hakatonu SUP.VC şirkətinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Layihə yerli startap ekosisteminin inkişafı və gənclərin texnologiya sahəsinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















