Dolların ucuzlaşması sürətlənir: Avro son 3 ilin ən yüksək səviyyəsində
ABŞ və Çin arasında artan ticarət müharibəsi qlobal bazarlardakı investorları "təhlükəsiz sığınacaq" axtarışına məcbur edib. "Təhlükəsiz sığınacaq" alətlərindən biri olan Yapon yeni dollara nisbətdə təxminən yeddi ayın ən yüksək səviyyəsinə çatıb. Yen təxminən 2 faiz dəyər qazanıb və ABŞ dolları / Yaponiya yeni məzənnəsi Asiya ticarətində qısa müddət ərzində 142,88 səviyyəsinə düşüb. Dolların ucuzlaşması davam edir. Avropa İttifaqının valyutası olan avro günə dollar qarşısında 1 faiz artımla başlayıb. Avro/dollar 1,138-ə çatıb.
ABŞ və Çin arasında ticarət müharibəsində gərginlik artır. Çinin ABŞ mallarına tətbiq etdiyi tarif dərəcəsini 125 faizə qaldırdıqdan sonra dolların ucuzlaşması sürətlənib.
Marja xəbər verir ki, Çin cavab tədbirlərini gücləndirdiyi üçün Avropa İttifaqının (Aİ) valyutası olan avro dollar qarşısında son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Avro ABŞ dollarına nisbətdə 1,45 faiz bahalaşaraq 1,1473-ü görüb. Dollar İsveçrə frankı qarşısında 1,2 faiz ucuzlaşaraq 0,81405 olub ki, bu da 2015-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.
Bazarlarda iqtisadi narahatlıqlar var. ABŞ-Çin ticarət gərginliyi həm ABŞ, həm də Çin ilə sıx iqtisadi əlaqələri olan Yaponiya üçün birbaşa iqtisadi təhlükə yaradır.
Artan qeyri-müəyyənlik mühiti investorlar arasında riskdən yayınma meylini artırıb və bu da Yapon yenində bahalaşma təzyiqi yaradıb. Ekspert konkret hədəf səviyyəsini söyləməsə də, USD/JPY (dollar/yen) məzənnəsinin psixoloji hədd olan 140-a düşə biləcəyini deyib.
Dollar/Yen 143-dən aşağı düşüb
Günə 143,20 səviyyəsində başlayan dollar/yen məzənnəsi gün ərzində 0,87 faiz azalaraq 143 səviyyəsindən aşağı düşüb. Bazar analitikləri, təhlükəsiz sığınacaq tələbi davam edərsə, Yapon yenində bahalaşma tendensiyasının davam edə biləcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, təhlükəsiz sığınacaq olan qızıl da bahalaşır. Bu gün qızılın unsiyasının qiyməti 3250 dolları da keçərək rekord yeniləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
-
19 d. əvvəl
iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!
-
-
26 d. əvvəl
Azərbaycanda 8 layihə üçün 200 milyon avroya yaxın kredit ayırıb - 28 FAİZƏ YAXIN ARTIM
- 1 saat əvvəl
-
1 saat əvvəl
Apple-ın səhmlərinin qiyməti iPhone 17-nin güclü satışları ilə rekord qırdı
-
1 saat əvvəl
Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək
-
1 saat əvvəl
Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
15 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 16 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!

Azərbaycanda 8 layihə üçün 200 milyon avroya yaxın kredit ayırıb - 28 FAİZƏ YAXIN ARTIM

Rəsmi məzənnələr açıqlandı

Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
Ən çox oxunanlar

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

“Bizdən Biznesə” ikinci dəfə start götürür!

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
