“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

2025-ci ilin mart ayının son iki həftəsi, dünya iqtisadiyyatı və maliyyə bazarları üçün əhəmiyyətli hadisələrlə zəngin oldu. ABŞ, Avrozona, Almaniya, İngiltərə, Kanada və Avstraliya kimi əsas iqtisadi güc mərkəzlərində açıqlanan iqtisadi göstəricilər, verilən siyasi qərarlar və baş verən geosiyasi proseslər qlobal bazarlara ciddi təsir göstərdi.
ABŞ: Ticarət siyasəti və faiz dərəcələrinin təsiri
Mart ayının sonlarında ABŞ-da ticarət siyasətində əhəmiyyətli dəyişikliklər baş verdi. Prezident Donald Trampın rəhbərliyi altında, ABŞ, Çin, Kanada və Meksika məhsullarına qarşı tətbiq olunan tarifləri artırıldı. Bu qərar, beynəlxalq ticarətdə gərginliyi artıraraq xüsusən Çin və Meksikanın qarşı tədbirlər görməsi ilə nəticələndi. Ticarət müharibələrinin gərginləşməsi, qlobal iqtisadi artımın qarşısında risklər yaradır və bu amil dünya maliyyə bazarlarına mənfi təsir göstərdi.
Əlavə olaraq, mart ayının əvvəlində dərc olunan ABŞ iqtisadiyyatının əsas göstəricilərindən biri olan əmək bazarı və inflyasiya hesabatları, FED-in faiz dərəcələrini necə tənzimləyəcəyinə dair gözləntiləri dəyişdirdi. Lakin, bu dövr ərzində FED-in faiz dərəcələrini dəyişdirməməsi, ABŞ dollarını digər valyutalar qarşısında gücləndirərək investorların “sabit gəlirli” aktivlərə yönəlməsinə təkan verdi.
Cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP hesabatı və Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləridir.
Həftənin iqtisadi təqvimində yer alan digər xəbərlər isə Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə dərc olunacaq Biznes Aktivliyi İndeksi göstəriciləri, Avstraliya Mərkəzi Bankının faiz qərarı, İsveçrədə və Türkiyədə açıqlanacaq inflyasiya hesabatı dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
EUR
Avrozonada, xüsusən Almaniyada iqtisadi inkişaf səviyyəsinə dair mənzərə tam aydın olmasa da Avropa Mərkəzi Bankı (ECB) tərəfindən verilən iqtisadi stimullar barədə müxtəlif mülahizələr irəli sürüldü. ECB, faiz dərəcələrini aşağı səviyyədə saxladı və yeni iqtisadi stimullar tətbiq etmək niyyətində olduğunu bəyan etdi. Bu siyasət, avronun ABŞ dolları qarşısında qismən güclənməsinə səbəb oldu. Avrozonadakı iqtisadi və maliyyə vəziyyətinin tənzimlənməsi, Avropanın qlobal iqtisadi artımında vacib rol oynadığını bir daha nümayiş etdirdi.
Ötən həftəni 1.08300 səviyyəsində tamamlayan EURUSD məzənnəsi cari həftəyə cüzi itkilərlə start verdi. Hazırda valyuta cütlüyü 1.08200 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada dərc olunacaq CPİ hesabatı və AMB sədri Kristi Laqardın çıxışı, həmçinin, Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir.
GBP
Keçən həftəni 1.29400 həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.29200 səviyyəsində ticarət olunur. “Ayılar” qiyməti 1.29$ həddinin altına sala və qiyməti burada saxlaya bilsələr, funt-sterlinqdə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Artan qlobal iqtisadi və geosiyasi risklər, gərginləşən ticarət savaşları, Amerika iqtisadiyyatında güclənən resessiya qorxuları fonunda investorların “son ümid yeri” olan qızıl ötən həftə sürətlə bahalaşıb 3086$ həddini test etdi. Artım tendensiyasını cari həftədə də davam etdirən qızıl 3145.60$-a kimi yüksəldi və bütün dövrlərin maksimum həddini müəyyən etdi. Analitik şirkətlərin ehtimallarına əsasən mövcud şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
32 d. əvvəl
Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama
-
- 33 d. əvvəl
-
42 d. əvvəl
"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
-
58 d. əvvəl
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb
-
59 d. əvvəl
Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı isə artıb
-
1 saat əvvəl
Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank yaxın zamanda faizlərini artıra bilər? - TALEH KAZIMOVDAN AÇIQLAMA
- 2 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama

Oktyabrın 23-də gözlənilən hava şəraiti

"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir

Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb

"Tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır"
Ən çox oxunanlar

Mərkəzi Bankda mətbuat konfransı keçirilib

Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi

Elektron pul təşkilatının nizamnamə kapitalı artırıldı

Dünya Bankı: Suriyanın yenidən qurulması xərci 216 milyard dollar olaraq qiymətləndirilir

Azərbaycan neftinin son qiyməti

"2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır"
