“Qadın mühəndislərin yalnız iştirakçı deyil, eyni zamanda sənaye sahəsinin liderləri olmaları üçün çalışırıq”
STP Şirkətlər Qrupunun Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva ilə müsahibə.
Mühəndislik və texnologiya sahələri uzun illərdir kişilərin üstünlük təşkil etdiyi sahələr kimi qəbul olunur. Lakin müasir dövrdə bir çox qabaqcıl şirkətlər bu stereotipi dəyişdirmək və qadınların sənayedə daha çox təmsil olunmasını təmin etmək üçün konkret addımlar atır. STP Şirkətlər Qrupu da bu sahədə mühüm dəyişikliklər həyata keçirən şirkətlərdən biridir.
Bu gün biz STP Şirkətlər Qrupunun Baş İnsan Resursları İnzibatçısı (CHRO) və İdarə Heyətinin üzvü Şölə Əliyeva ilə söhbət edirik. O, şirkətdə və əmək bazarında gender bərabərliyi, qadın mühəndislərin yetişdirilməsi, rolu və gələcək planlar haqqında fikirlərini bölüşəcək.
STP Şirkətlər Qrupunda qadın mühəndislər
- Şölə xanım, mühəndislik sahəsi ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi bir sahədir. Hazırda STP Şirkətlər Qrupunun əməkdaşlarının neçə faizini qadınlar təşkil edir və bu rəqəmi artırmaq üçün hansı tədbirlər görülür?
- Ümumiyyətlə dünya praktikasında sənayedə qadınların sayı ənənəvi sahələrlə müqayisədə yüksək deyil, ən yaxşı halda 30% ətrafında dəyişir. STP Qrupa daxil olan şirkətlərdə qadınların sayı 12-24% arasında dəyişir. Bu proqresi əldə etmək uzunmüddətli strateji planlama tələb edir. Bu kimi islahatlar düşüncə tərzi, təhsil seçimləri və sosial iqtisadi göstəricilər kimi amillərlə daha çox bağlıdır. Biz, regionun ən böyük sənaye şirkətlər qrupu olaraq daha çox qadınları mühəndislikdə fəal iştirakını təmin etmək və onların potensialından faydalanmaq, eyni zamanda korporativ sosial məsuliyyət missiyamız çərçivəsində əmək bazarını müasir tələblərə cavab verən keyfiyyətli kadrlarla təmin etmək üçün təşəbbüslər həyata keçiririk. Məqsədyönlü işə qəbul strategiyaları tətbiq edir, eyni zamanda, mentorluq proqramları, peşəkar inkişaf imkanları və liderlik bacarıqlarının artırılması üçün xüsusi layihələr həyata keçiririk.
Qadınların STP Şirkətlər qrupuna töhfəsi
-Qadın mühəndislər STP Şirkətlər Qrupunun uğuruna necə töhfə verirlər?
- Mühəndislik yalnız texniki biliklərdən ibarət deyil. Bu sahədə uğur qazanmaq üçün tənqidi düşüncə, innovativ yanaşma və problem həll etmə bacarığı da tələb olunur. Biz STP Şirkətlər Qrupunda qadın mühəndislərin bu sahəyə gətirdikləri yeni baxış bucağını və yaradıcı həlləri görürük. Qadınların detallara yüksək diqqət göstərməsi, analitik yanaşmaları və komandada effektiv işləmək bacarıqları layihələrin daha dəqiq və keyfiyyətli icrasına kömək edir. Onlar xüsusilə keyfiyyətə nəzarət, proseslərin optimallaşdırılması və davamlı inkişaf sahələrində böyük rol oynayırlar. Bundan əlavə, STP Şirkətlər Qrupunda qadınlar təkcə texniki sahədə deyil, həm də rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərirlər. Bu, şirkətin strateji inkişafına və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.
Qadın mühəndisləri sənayeyə cəlb etmək
-Qadın mühəndislərin sənaye sahəsində daha çox təmsil olunması üçün STP Şirkətlər Qrupu hansı addımları atır?
- Gender balansını təmin etmək üçün ilk növbədə gənc qızları mühəndislik sahəsinə maraq göstərməyə həvəsləndirmək lazımdır. Bu məqsədlə biz bir neçə proqram həyata keçiririk. “Sabahın Gücü” proqramımız yeni məzunların sənaye sahəsinə uyğunlaşdırılmasına kömək edir və burada qadın iştirakçıların sayını artırmaq üçün xüsusi addımlar atırıq. 2024-cü il nəticələrinə əsasən Proqramda təmsil olunan qızların sayı 50%-ə yaxınlaşır. Bundan əlavə, “Zərif Mühəndislər” layihəmiz məhz qadın mühəndislərin inkişafına yönəlib. Bu proqram çərçivəsində qadınlara texniki biliklər, praktiki bacarıqlar və liderlik xüsusiyyətləri aşılanır. Proqram Dünya Bankının ölkəmizdə xanımların unikal sahələr üzrə yetişdirilməsi və cəlbi ilə bağlı hesabatında ən yaxşı təcrübələrdən biri kimi dərc edilib. Təbii ki, mühəndislik sahəsinə qadınları cəlb etməklə yanaşı, onların burada uzunmüddətli karyera qurmasını dəstəkləmək də vacibdir. Biz qadın əməkdaşlarımızın peşəkar inkişafını təmin etmək üçün mentorluq və təlim proqramları təşkil edirik.
İnklüziv iş mühiti yaratmaq:
- STP Şirkətlər Qrupunda bərabər hüquqlu və inklüziv bir iş mühiti yaratmaq üçün hansı addımlar atılır?
- Şirkətimizin əsas prinsiplərindən biri bərabər imkanlar və gender balansını qurmaq və qorumaqdır. Bütün əməkdaşlarımızın eyni imkanlara malik olması üçün aşağıdakı tədbirləri həyata keçiririk:
- Bərabər imkanlar çərçivəsində işə qəbul və işçilik siyasəti: Biz namizədləri və əməkdaşlarımızı yalnız onların bilik və bacarıqlarına əsasən dəyərləndiririk.
- Gender bərabərliyi üzrə təlimilər: Biz rəhbərlik və əməkdaşlarımız üçün gender bərabərliyi mövzusunda davamlı maarifləndirmə və real nümunələr yaratmaqla tədbirlər həyata keçiririk.
- Ailəyə dəstək siyasəti: Əməkdaşlarımızın karyera, şəxsi və sosial həyat arasında balans qura bilməsi üçün çevik iş qrafiki imkanları təklif edirik.
Gənc xanımlara tövsiyələr
- Mühəndislik və İnsan Resursları sahəsində karyera qurmaq istəyən qadınlara hansı tövsiyələri verərdiniz?
- Hər bir qadına tövsiyəm budur: Öz potensialınıza inanın və cəmiyyətin formalaşdırdığı stereotiplərin sizi məhdudlaşdırmasına imkan verməyib, hər zaman güclü tərəflərinizi aşkar edib ordan yola çıxın. Mühəndislik və texnologiya sahəsinə gəlmək istəyənlər üçün əsas məsləhətim məqsədli şəkildə öyrənmək, araşdırmaq, texniki biliklər və təbii ki, yumşaq bacarıqlarını daim artırmaqdır. Bu sahədə uğur qazanmaq üçün yeniliklərə açıq olmaq, yeni texnologiyalara yiyələnmək, riskləri ölçə bilmək və effektiv idarə etmək lazımdır.
İnsan resursları sahəsində isə liderlik və strateji düşüncə bacarıqlarınızı inkişaf etdirmək, fəaliyyət göstərdiyiniz biznesin mövcud və potensial tələbləri haqqında məlumatlı olmaq vacibdir. Bu sahə yalnız işçi idarəçiliyi ilə məhdudlaşmır, həm də şirkətlərin gələcəyini formalaşdıran bir sahədir. Ən əsası, dəyişikliklərə açıq olmaq onları daha çox dəstəkləyəcək. Qadınlar hər sahədə uğur qazana bilərlər!
Gələcək vizyon
- STP Şirkətlər Qrupunun gələcək strategiyası qadın mühəndislərin inkişafına necə təsir edəcək?
Biz gələcəkdə daha çox qadının texnologiya sahəsinə inteqrasiyasını dəstəkləmək üçün xaricdə təhsil və təlimlər, mentorluq proqramları və liderlik təşəbbüslərimizi genişləndirəcəyik. STP Şirkətlər Qrupu olaraq, qadın mühəndislərin yalnız iştirakçı deyil, eyni zamanda sənaye sahəsinin liderləri olmaları üçün çalışırıq. Eyni zamanda bu hərəkatın ölkəmizdə, başqa şirkətlər tərəfindən də həyata keçirilməsi üçün flaqman olmağı hədəfləmişik.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
-
- 20 d. əvvəl
-
20 d. əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
1 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
2 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
2 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb


















