“Azərpambıq Aqrar Sənaye Kompleksi” zərər edib
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2023-cü ili 8,392 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 26,739 milyon manat xalis mənfəətlə çıxmışdı.
2023-cü ildə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satışdan gəlirləri 64,144 milyon manat (2022-ci ilə nisbətən 46,7 % az), satışının maya dəyəri 65 milyon manat (20,1 % az), ümumi və inzibati xərcləri 8,9 milyon manat (12,7 % çox), digər gəlirləri 502 min manat (3 dəfə az), mal-material ehtiyatları üzrə dəyərsizləşmə zərəri 261 min manat (6,5 dəfə az), gözlənilən kredit zərəri 1,012 milyon manat (26,3 % az), maliyyə xərcləri 930 min manat (10,9 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti 3,066 milyon manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
2024-cü il yanvarın 1-nə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin aktivləri 242,65 milyon manat olub ki, bu da illik müqayisədə 6,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 52,1 % artaraq 69,708 milyon manata, balans kapitalı isə 5,1 % azalaraq 172,942 milyon manata çatıb.
Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 132,476 milyon manatdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC ləğv edilib, “Azərpambıq Aqrar Sənaye Kompleksi” isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























.jpg)
