Xanımlar üçün “DigiHesab Max”-la 8% gəlir fürsəti!
(®) ABB 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilərinə xoş bir sürpriz hazırlayıb.
Kampaniya müddətində ABB-də “DigiHesab Max” hesabı açan qadınlar hesabdakı qalıq vəsaitə 30 gün ərzində illik 8% qazanc əldə edəcəklər.Belə ki, illik 6%-lik standart faiz qazancı ilə yanaşı, illik 2% ilə də əlavə keşbek hesablanacaq.
Bu fürsətdən yararlanmaq üçün hər bir qadın müştərinin 5 mart – 4 aprel tarixləri aralığında ABB mobile tətbiqində “DigiHesab Max” hesabı açması yetərlidir. İllik 2% keşbek hesab açıldıqdan sonra 30 təqvim günü ərzində və hər günün sonunda balansdakı qalıq vəsaitə əsasən hesablanacaq. Hesablanmış keşbek məbləği 30 gün tamamlandıqdan sonra 1 ay ərzində ödəniləcək.
Kampaniya müddətində bir neçə “DigiHesab Max” hesabı açmış müştərilərin yalnız ilk hesabına keşbek veriləcək. İlk hesab açılan tarixdə 2 və daha çox hesab açılarsa, hər bir hesab üzrə faydalı keşbek hesablanacaq.
“DigiHesab Max” ABB-nin müştərilərə əlavə faydalar yaradan yeni məhsullarındandır. Bu hesab tam rəqəmsal təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır. Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır.
Qalığa faiz hesabdakı minimum 200 manatdan maksimum 500 min manatadək olan vəsaitlərə hesablanır. Bu, yalnız manat valyutalı hesablara aiddir. “DigiHesab Max”a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
49 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
50 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)








