Avronun gələcəyi üçün kritik gün - QƏRAR AÇIQLANACAQ
Bu gün qlobal bazarlar Avropa Mərkəzi Bankının (ECB) toplantısına fokuslanıb. ECB toplantısında iki başlıq önə çıxır. Birincisi, Avronun sürətlə dəyər qazanaraq Dollar qarşısında 1.1921 səviyyəsinə qədər çıxmasının ECB üzvlərini nə qədər narahat etdiyi. İkinci mühüm mövzu isə, qiymətli kağızların alışı proqramının gələcəyidir.
Bu gün Avropa Mərkəzi Bankı, toplantısından sonra faiz qərarını açıqlayacaqdır.
“Marja” xəbər verir ki, faiz qərarı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaqdır. Saat 16:30-da isə Avropa Mərkəzi Bankının (ECB) mətbuat açıqlaması olacaqdır.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
İqtisadçılar Bankın faiz nisbətlərində dəyişiklik edəcəyini gözləmirlər. Həmçinin əksər iqtisadçı bu toplantıda sədr Mario Draghi-nin monetar təşviq proqramının azaldılacağına dair bəyanat verəcəyini də gözləmir.
Draghi-nin Avro Bölgəsi ixracatçılarının rəqabət gücünü təhdid edən Avronun bahalaşması məsələsində edəcəyi açıqlamalar əhəmiyyətli olacaqdır.
Bugünkü iclas məzənnələr və birjalar baxımından əhəmiyyətllidir. Avro/dolların 1.20-ni keçə biləcəyini söylənilir.
Mario Draghi-nin məzənnə məsələsinə heç danışmaması vəziyyətində belə Avronun 1.20 dolları keçəcəyi, Avropa Birjalarında ciddi satış olacağı gözlənilir.
Əgər Draghi "Avronun dəyər qazanması bizə mənfi təsir göstərir, çox tələsməyəcəyik" kimi sözlər deyərsə, Avro dəyərdən düşə bilər. Hazırda AMB rəsmilərinin Avronun qiymətindən narahat olduqlarına dair siqnallar artır.
Avronun bahalaşması Avropa Bölgəsində inflyasiyanı yenidən aşağı sala bilər. Bu səbəbdən inflyasiya proqnozları aşağı salınıb. Hər nə qədər ECB valyuta məzənnəsinə görə hərəkət etməyin əsas hədəfləri olmadığını ifadə etsə də, analitiklərə görə bu vəziyyət Bankın rəsmilərini narahat edir. ECB Sədri Mario Draghi, güclü Avrodan narahat olduqlarına dair ifadələr istifadə etməsi halında Avroda olan aktivlərdə satışlar baş verə bilər (Avro ucuzlaşa bilər).
Həmçinin ECB, aylıq 60 milyard avro dəyərində qiymətli kağız alışı həyata keçirir. Bu iclasda olmasa da Oktyabr ayında keçiriləcək toplantıda bu miqdarın 40 milyard avroya endiriləcəyi gözlənilir. Xüsusilə inflyasiya nisbətinin 2%-lik hədəfə yaxınlaşması alışın azaldılacağına dair gözləntilərin yaranmasına səbəb olur. Digər tərəfdən, Avropa Bölgəsinin hələ də təşviqlərə ehtiyacı olduğu bildirilir. Bu səbəbdən iclasda bu məsələyə dair mesajlar da təqib ediləcək.
Ötən həftələrdə gündəmə gələn "güclü avro" ritorikaları Avronun yüksəlişini artırıb. Toplantının ardından bu məsələyə toxunulmasa Avronun bahalaşması sürətlənə bilər. Ancaq, bir açıqlama olarsa, Avroda sərt ucuzlaşma olacağı, xüsusən Avro/dollar məzənnəsində volatilliyin artacağı bildirilir.
"UCUZ PULA SON VERİN" ÇAĞIRIŞI
Döyçe Bank-ın (Deutsche Bank ) İcraçı direktoru Con Cryan (John Cryan), Avropa Mərkəzi Bankına (ECB) müraciət edərək ucuz pul təmin etmək siyasətini dəyişməsini istəyib. O, səhmlər, istiqraz və əmlak sahələrində qiymət "şarları" gördüyü barədə xəbərdarlıq edib.
Cryan, ECB toplantısı ərəfəsində bankirlərlə keçirdiyi bir toplantıda, "Güclü avroya baxmayaraq, Avropada ucuz pul dövrü artıq sona çatmalıdır" deyib.
Avro Bölgəsinin iqtisadiyyatını, 2008-2009 maliyyə böhranından sonra canlandırmaq üçün tətbiq olunan yumuşaq pul siyasəti çərçivəsində ECB 2 trilyondan artıq avro çap edərək dövriyyəyə buraxmışdır.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
15:45 | EUR | Faiz Nisbəti Qərarı | 0,00% | 0,00% |
15:45 | EUR | Depozit Faizi | -0,40% | -0,40% |
16:30 | EUR | Avropa Mərkəzi Bankının (ECB) Mətbuat Açıqlaması |
|
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 9 saat əvvəl
-
10 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
10 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
11 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
11 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
11 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















