Yanvarda qlobal elektromobil satışı 18% artıb
Elektrikli avtomobil satışlarında artım tendensiyası, sürəti aşağı düşsə də davam edir. Qlobal elektrik avtomobil satışları yanvarda 18 faiz artıb."Rho Motion" araşdırma firmasının yaydığı məlumata görə, elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 1,3 milyon ədəd təşkil edib. Avropa və ABŞ-da artım ötən ilin fevral ayından bəri ilk dəfə Çini ötüb.
Marja xəbər verir ki, "Rho Motion"ın məlumat meneceri Çarlz Lester, “Avropa avtomobil bazarı, Avropa Birliyində CO2 emissiyası hədəflərinin qüvvəyə minməsilə 2025-ci il üçün güclü bir başlanğıc edib. Çində Yeni il tətilləri isə ölkədə satışların aylıq 43% azalmasına səbəb olub", - deyib.
Dünyadakı hökumətlər elektromobilləri təşviq etmək üçün müxtəlif siyasətlər həyata keçirirlər.
Çin, elektrikli avtomobil satışlarının azalmasına qarşı çıxmaq və iqtisadi artımı stimullaşdırmaq üçün yanvar ayında genişləndirilmiş istehlakçı ticarəti sxeminin bir hissəsi olaraq avtomobil alışı subsidiyalarını 2025-ci ilə qədər uzadıb.
"Rho Motion" qeyd edib ki, tam elektriklə işləyən avtomobillərin və plug-in hibridlərin (PHEVs) qlobal satışlarının artım tempi üçüncü aydır yavaşlayır.
Çində satışlar illik müqayisədə 11,8 faiz artaraq aylıq 0,7 milyon ədəd təşkil edib.
Avropada satışlar 21 faiz artaraq 0,25 milyon ədəd olub.
ABŞ və Kanadada elektrikli avtomobil satışları yanvarda 22,1 faiz artaraq 0,13 milyon ədəd olub.
Dünyanın qalan hissəsində yanvar ayı satışları 50 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
- 9 d. əvvəl
- 13 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 52 d. əvvəl
-
55 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb







.jpg)








.jpg)






