Ələtdə alüminium istehsal edən nəhəng müəssisə tikiləcək, 1400 nəfər işlə təmin olunacaq
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında 200 min ton alüminium istehsal edən müəssisə də tikiləcək. Burada 1300–1400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək. Yeni müəssisədə 800 nəfərdən çox iş yeri açılacaq
Ələt Azad İqtisadi zonasında inşa ediləcək hava limanı təkcə yükdaşıma kimi deyil, həm də sərnişindaşıma və bisnes aviasiya kimi fəaliyyət göstərəcək. İqtisadi zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, 750 hektar ərazini əhatə edəcək hava limanının tikilməsində məqsəd, həm də Azərbaycanı aviasiya habına çevirməkdir.
Xatırladaq ki, Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi ilə bağlı layihə ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində “Silkway Group” Şirkətlər Qrupu tərəfindən elan edilib. Yeni hava limanı 18 təyyarə dayanacağı, 4 min metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri, eləcə də digər əlaqəli obyektləri əhatə edəcək. Eyni zamanda, hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşası nəzərdə tutulur.
Layihənin əsas texnologiya tərəfdaşı Niderlandın “TKH Airport Solutions” şirkətidir. Yük hava limanının tikintisi 2026-cı ildə başa çatacaq. İlkin mərhələdə yeni aeroportun illik yükaşırma gücünün ilkin mərhələdə 500 min ton, daha sonra isə 1,5 milyon tona qədər artırılması planlaşdırılır. Hava limanı, ilk növbədə, sözügedən iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək. Bütövlükdə isə, buradakı sahibkarlıq subyektləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, geniş dəmir yolu və avtomobil yolları qovşaqları ilə yanaşı, yeni hava limanına da çıxış əldə edəcəklər.
Yeri gəlmişkən, bir il 7 ay əvvəl birinci mərhələsinin açılışı olan Ələt Azad İqtisadi Zonasında artıq bir neçə şirkət də inşaat işlərinə başlayıb. Cari ildə burada iki böyük müəssisə fəaliyyətə başlayacaq. Bu barədə məlumat verən V. Ələsgərov qeyd edib ki, iqtisadi zonada 200 min ton alüminium istehsal edən müəssisə də tikiləcək. Burada 1300–1400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək. Yeni müəssisədə 800 nəfərdən çox iş yeri açılacaq.
© "Xalq Qəzeti"
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
- 6 d. əvvəl
-
-
11 d. əvvəl
DSMF-nin gəlirləri 307 milyon manat, xərcləri 405 milyon manat daha çox olub
-
24 d. əvvəl
Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
-
26 d. əvvəl
Azərbaycanla Çinin Ningbo limanı arasında əməkdaşlıq üçün işçi qrupu yaradılacaq
-
42 d. əvvəl
8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
- 45 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda BYD-lərin sayı 4 dəfə, Changan-ların sayı 2 dəfəyə yaxın artıb
-
1 saat əvvəl
22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Cari ildə 320 minə yaxın ASAN İmza sertifikatı verilib


Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT

22 bankdan 15-i yeni nəsil rəqəmsal imza olan SİMA-nı tətbiq edib
Ən çox oxunanlar

Azərbaycanda ən çox sürülən avtomobillər - YENİ SİYAHI

Azərbaycan neftinin son qiyməti

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

Rəsmi məzənnələr açıqlandı

Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
