56 vaqon və ya 50 TIR qəbul edə biləcək - BAKIDA TİKİLİR
ASCO-nun Strateji İnkişaf Planı çərçivəsində tikilən üçüncü Ro-Pax tipli gəmi-bərə üzrə işlərin 49%-i yekunlaşıb
Orta Dəhliz üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımaların mühüm iştirakçısı olan ASCO, eləcə də bu dəhliz üzrə yükdaşımaların bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik növbəti Ro-Pax tipli unikal bərə-gəminin tikintisi davam etdirilir. Söhbət ASCO-nun Strateji İnkişaf Planı çərçivəsində inşa edilən sayca üçüncü milli Ro-Pax tipli gəmi-bərədən gedir.
ASCO-nun yaydığı məlumatda bildirilir ki, iki il əvvəl Bakı Gəmiqayırma Zavodunda yerləşdirdiyi sifarişə uyğun olaraq tikilən gəminin gövdə hissəsi üzrə işlərinin 88 faizi artıq tamamlanıb. Layihənin mühəndislik üzrə işlərinin 97, satınalma və təchizat üzrə işlərinin isə 82 faizi icra edilib.Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemi, həmçinin yük lifti ilə bağlı avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütün bunları nəzərə almaqla, demək olar ki, ümumilikdə sözügedən gəminin inşasının 49 faizi geridə qalıb. Gəminin təhvil verilməsi isə gələn ilin birinci rübünə planlaşdırılır.
Yeni gəminin dizaynı 2021 və 2022-ci illərdə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eynidir.
Dedveyti dənizdə 5740 ton olacaq unikal-bərənin sürəti 14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul edə biləcək.
Yeni gəmi-bərə də ASCO-nun digər bərələri ilə birgə Gəmiçiliyin yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TIR daşıma həcmlərinin qarşılanmasına mühüm töhfə verəcək. Ümumilikdə isə bu gəmi-bərə əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasında, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin daha da inkişafında xüsusi rol oynayacaq.
Qeyd edilib ki, Ro-Pax tipli gəmilərin inşası ölkəmizdə həyata keçirilənədək gəmi-bərələr xaricdə tikilərək Azərbaycana gətirilirdi. Bu zaman onların Volqa-Don kanalından Xəzərə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu və hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verilirdi və bu da birbaşa yükdaşımaların həcminin azalmasına təsir göstərirdi. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri tam aradan qaldırdı. Belə ki, unikal dizayna malik bu tip gəmilər Xəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
-
14 saat əvvəl
ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb
-
14 saat əvvəl
Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə külək enerjisi layihələrinin icrası müzakirə olunub
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
Ən çox oxunanlar

Avropada ixtisar dalğası: Şirkətlər xərcləri azaltmaq üçün yenidənqurma prosesinə gedirlər

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

“PAŞA Bank” Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının rəsmi bank tərəfdaşıdır

Erməni spiker: Mağazalarımızda Azərbaycan malları satılacaq
