Firma “Elvin Şirinov” adlanırdı - 326 milyonluq əməliyyat üzrə məhkəmə

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə şübhəli bilinən şəxslərin məhkəmə prosesi olub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edib.
Şahid İbrahim İbrahimov ifadəsində təqsirləndirilən şəxslərlə bağlı heç bir ədavəti, düşmənçiliyi olmadığnı bildirib. Həmçinin əlavə edib ki, o, Hidayət Orucov və Elvin Şirinovu tanıyır. Onlarla yalnız iş münasibətləri olub:
“Özüm 2021-1ci ildən xaricə eksport olunan meyvə-tərəvəz məhsullarını aparan maşınların sənədləşməsi işiylə məşğul olmuşam. Elvin Şirinovu da Rusiya Federasiyasında yaşayan qardaşım Cəfər İbrahimovun vasitəsilə tanımışam. Mən buradan topladığım məhsulu Elvin Şirinovun adına olan şirkət vasitəsi ilə sənədləşdirib, qardaşıma göndərirdim. Elvin Şirinovla firmanın rəhbəri kimi bir dəfə görüşmüşəm. Bu görüşdən sonra məni şimal bölgəsində Hidayət Orucovla tanış edib və mən firmanın işçisi kimi tanıdığım Hidayət Orucovla 2 il müddətində işləmişəm. Xaricə göndərilən meyvə maşınlarının sənədləşdirilməsində həmin firmanın adından istifadə etmişəm və qarşılığında da pul ödəmişəm. Firma fiziki şəxs olaraq elə “Elvin Şirinov” adlanırdı. Bizim bu işlə əlaqəli başqa fimalarla da əməkdaşlığımız olub. Lakin qiymətlər daha münasib olduğu üçün sonradan Elvin Şirinovla işləməyə qərar vermişik. Mənim işimin əsası kənd təsərrüfatı məhsullarını toplayıb xaricə, yəni qardaşıma göndərmək olub. İş prosesi bu qaydada davam edib deyə öz adıma şirkət açmağa ehtiyac olmayıb. Razılaşmamız hər maşına görə 100-150 manat olub. Bu pul müqabilində firmanın işi bizim məhsulları xaricə aparmaq olub. İşlədiyimiz müddətdə təxminən 250 dən çox maşın xaricə göndərilib. Rusiyada da qardaşımın adına firma olmayıb, sadəcə burdan göndərilən məhsulu qəbul edən şəxs o olub. Gömrük rüsumu məsələlərini də, özüm ödəyirdim. Məndə etibarnamə olub və rəsmi işləri özüm edirdim. Şirinova ödəniş nəğd formada aparılıb”.
Şahid İbrahim İbrahimov müdafiəçilərin suallarını cavablandırarkən qeyd edib ki, alqı-satqı zamanı lazım olan bələdiyyə sənədlərini o alırmış:
“Ölkədən çıxarılacaq məhsul üçün İqtisadiyyat Nazirliyinin yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyindən sənəd alınırdı. Bu sənədlə malın mənşəyi göstərilirdi və ölkədən çıxarılacaq məhsul üçün bu sənəd vacib idi. O sənədləri almaq üçün isə bələdiyyədən torpaq sənədinə ehtiyac var idi, bələdiyyə bu sənədi verirdi. Hazırda işlədiyim firma bu sənədləri özü təqdim edir. Sərhəddən keçirilən ümumi məhsulun gömrük ödənişi real rəqəmlərə yaxın hesablanırdı. 19 ton məhsula görə bəyannamədə təxminən 50 min dollar göstərilirdi. Göndərilən məhsulun satışından əldə olunan ümumi 70 minə yaxın gəlir isə bank vasitəsiylə ölkəyə göndərilirdi”.
Digər şahid Əsgərov Murad isə ifadəsində bildirib ki, o, bu şəxsləri tanıyanda broker işləyirmiş: “Firmanın rəsmi işçisi idim. Mənim işim gömrükdən sənəd almaq və bələdiyyədən lazım olan sənədləri hazırlayıb TIR sürücüsünə təqdim edib, sərhəddən yola salmaq olub. Təqsirləndirilən şəxsləri iki il qabaq iş yoldaşı kimi tanımışam. Onlarla işləmək üçün özüm müraciət etmişəm. Xaçmaz rayonunda Elvin Şirinovla bir dəfə görüşdüm və məni Zöhrabla tanış etdi. Bildirdi ki, Zöhrab mənim işçimdir. Nə lazım olsa, onunla həll edəcəksiz. İş birliyi zamanı da möhürü və etibarnaməni mən Zöhrab Hidayətovdan götürmüşəm. Mənim fəaliyyətim sənəd alıb, maşınları Elvin Şirinovun firması adı altında yola salmaq olub. Hər yola salınan maşına görə qazancım 30 manat olub. Möhür pulu olaraq hər maşına görə 100 manat Zöhrab Hidayətova ödəmişəm”.
Digər şahid məhkəmədə iştrak etmədiyi üçün proses fevralın 13-dək təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.
Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.
Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.
DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.
Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
6 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
7 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
8 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
9 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
10 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)