Dünyada elektrikli avtomobil satışı 2024-cü ildə 17 milyonu keçərək rekord qırıb
Keçən il Dünyada elektrikli avtomobil satışı rekord səviyyəyə - 17,1 milyon ədəd çatıb. Dünya üzrə 17,1 milyon ədəd elektrik avtomobilindən 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu isə ABŞ və Kanada bazarlarında satılıb.
Böyük Britaniyada yerləşən "Rho Motion" tədqiqat şirkəti tərəfindən açıqlanan 2024-cü il üçün elektrikli avtomobil satışlarına dair məlumatlara görə, qlobal elektrikli avtomobil satışları keçən il 2023-cü illə müqayisədə 25 faiz artıb.
Marja xəbər verir ki, bu artımla 2024-cü ildə dünyada 17,1 milyon ədəd elektrikli avtomobil satışı ilə rekord qırılıb.
Avropa bazarında elektrikli avtomobil satışı keçən il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyon ədədə düşüb. Avropada İngiltərə bazarı 400 mindən çox satışla ən yüksək elektrikli avtomobil satışına sahib olub və ilin sonuna doğru Almaniyadakı satışı geridə qoyub. Almaniyada 2023-cü ilin sonlarına doğru elektrikli avtomobil subsidiyalarının ləğvindən sonra 2024-cü ildə satışlarda azalma olub.
ABŞ və Kanadada satışlar 9 faiz artıb
Eyni dövrdə elektrikli avtomobillərə tətbiq edilən vergi endirimlərinin təsiri ilə ABŞ və Kanada bazarlarında satışlar 9% artaraq 1,8 milyon ədəd çatıb.
Elektrikli avtomobil satışlarının yarıdan çoxu Çindədir
Ötən il Çində satışlar illik müqayisədə 40 faiz artaraq 11 milyon ədədə çatıb. Belə ki, ötən il Dünya üzrə elektrikli avtomobil satışının yarıdan çoxu Çinin payına düşüb. BYD modelləri 2024-cü ildə ölkədə elektrikli avtomobil satışlarının üçdə birindən çoxunu təşkil edib və bu, onu ən çox satılan elektrikli avtomobil markası edib.
Keçən il Dünyada elektriklə işləyən avtomobil satışları ümumilikdə 17,1 milyon ədəd olub ki, bunun da 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə dünyanın qalan hissəsində olub.
Dünyanın digər yerlərində 1,3 milyonluq satış həcmi 2023-cü ilə nisbətən 27 faiz artıb.
"Rho Motion" qiymətləndirməsində, 2023-cü ildə elektrikli avtomobil satışlarında rekorddan sonra, 2024-cü ildə əks küləklərin olduğu lakin optimist atmosferin davam etdiyo qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 23 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 50 d. əvvəl
-
1 saat əvvəl
JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib
- 1 saat əvvəl
-
3 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 20 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İlham Əliyev tut bağında görülmüş işlərlə tanış olub

Trampdan Avropaya “Rusiyadan neft almayın” çağırışı

İqtisadi Şuranın növbəti iclası keçirilib

Qızıl bazarı FED-in qərarını gözləyir

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Bakıda yenilənmiş Toyota Corolla Cross təqdim edilib

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
