5,8 milyard manata yaxın məcburi dövlət sosial sığorta haqları yığılıb - 11 % ARTIM
Sosial sığorta ödəmələri 10,9 faiz artıb2024-cü il ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu mənbədən daxilolmalar 2023-cü illə müqayisədə 10,9 faiz və ya 566,5 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 13,7 faiz artaraq 3,8 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7 faiz artaraq 208,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 faiz artıb və 156,9 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 8,6 faiz artaraq 1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 721,3 milyon manata çatıb.
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 29 milyon manata yaxın olub
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4 faiz artaraq 4,4 milyon manatdan çox olub. Ötən il icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 18,9 faiz artıb və 29 milyon manata yaxın təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























