Azərbaycanın ixracdan gəliri azalıb, idxal xərci artıb, saldo kəskin kiçilib
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb. Son bir ildə ölkə üzrə ixrac 22.8% azalaraq 24 milyard 337 milyon 862 min ABŞ dolları, idxal isə 18.7% artaraq 18 milyard 771 milyon 690 min ABŞ dolları təşkil edib.2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi həcmi 43 milyard 109 milyon 552 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
O cümlədən, ixrac əməliyyatları üzrə 24 milyard 337 milyon 862 min ABŞ dolları, idxal əməliyyatları üzrə 18 milyard 771 milyon 690 min ABŞ dolları ticarət qeydə alınıb. Saldo müsbət 5 milyard 566 milyon 172 min ABŞ Dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində ticarət əməliyyatlarının cəmi həcmi 47 milyard 325 milyon 670 min ABŞ dolları, o cümlədən ixrac 31 milyard 512 milyon 989 min ABŞ dolları, idxal 15 milyard 812 milyon 681 min ABŞ dolları, saldo müsbət 15 milyard 700 milyon 308 min ABŞ dolları olmuşdu.
Beləliklə, Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,8 dəfə azalıb.
Son bir ildə ölkə üzrə ixrac 22.8% azalıb, idxal isə 18.7% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
13 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
30 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
-
-
37 d. əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılda 2026 ssenariləri: İri banklar ən azı 7 faiz artım gözləyir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc























.jpg)


.jpg)


