2024-cü ilin ən fəal sahibkarları mükafatlandırıldı
2024-cü il ərzində biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhvəsini verən 15 biznes subyektinə KOBİA tərəfindən “Dayaq” mükafatı təqdim edilib.
Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 3 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun təmin edilməsinə öz töhvəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir.
2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü il ərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat veriblər. Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında sahibkarlıq sahəsində qanunvericilik təşəbbüsləri, KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda, yaşıl keçiddə rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.
Sonra 2024-cü ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Uğurlu fermer”, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “İlin investoru”, “Əlillik məhdudiyyət deyil”, “İnnovativ həllər”, “Uğurlu startap”, “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət”, “Halal biznes”, “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Yaşıl biznesin təşviqi” və “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyaları üzrə mükafatlandırılıblar.
Həmçinin KOBİA tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı KOB evi”ndə “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyası üzrə mükafata layiq görülüb.
Tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 6-cı qrant müsabiqəsinin 20 qalibinə qrant mükafatları təqdim olunub. Qeyd edək ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 6 qrant müsabiqəsi keçirilib və bu müsabiqələr çərçivəsində KOB-ların 99 layihəsinə 1,7 milyon manat həcmində qrant vəsaiti ayrılıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 39 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ




















