Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə ABŞ-da dərc olunan İstehlak Qiymətləri İndeksi göstəriciləri fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. EUR/USD, GBP/USD valyuta cütlükləri 1.0497 və 1.2618 səviyyələrinə qədər ucuzlaşmış, USD/JPY, USD/CHF məznnələri isə 153.650 və 0.8930 hədlərinə kimi bahalaşmışdır. Qızılın qiyməti isə 2726$ həddini test etdikdən sonra 2648$ həddinə qədər kəskin geriləyib.
ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumata əsasən, ölkədə illik inflyasiya oktyabr ayı ilə müqayisədə noyabr ayında 2.6%-dən 2.7%-dək artıb. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi noyabr ayında 0.2%-dən 0.3%-ə qədər yüksəlib. Ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (Core CPİ) aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.3% artıblar.
Avropa Mərkəzi Bankının (ECB) dekabrın 12-də keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb.
Ötən həftə, həmçinin, Kanada Bankı (BoC) və İsveçrə Milli Bankı faiz dərəcəsi ilə bağlı qərarlarını açıqladılar. Hər iki tənzimləyici qurum uçot dərəcəsini 0.50% azaltdı. BoC Faiz dərəcələrini 3.75%-dən 3.25%-dək, 1%-dən 0.50%-ə dək endirdi. Qeyd etmək lazımdır ki, BoC ardıcıl 5-ci toplantıdır ki, faiz dərəcəsini azaldıb.
Bu həftə isə birjaların diqqət mərkəzində FED-in Federal Ehtiyyatlar və Birjalar Komitəsinin (FOMC), İngiltərə Mərkəzi Bankının (BoE) və Yaponiya Mərkəzi Bankının (BoJ) faiz qərarları olacaq.
Cari həftə ərzində iqtisadi təqvimdə yer alan önəmli xəbərlər arasında Amerikada, Avrozonada, İngiltərədə və Kanadada dərc olunacaq inflyasiya göstəriciləri, İngiltərədə yayımlanacaq əmək bazarı hesabatı yer alır. Həftə ərzində, həmçinin, Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri, eləcə də, Amerikada yayımlanacaq ÜDM hesabatı birjalara yön verə bilər.
EUR
Ötən həftə Avropa Mərkəzi Bankının (ECB) dekabrın 12-də keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 3.40%-dən 3.15%-ə qədər endirilib. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşdü.
Qeyd etmək lazımdır ki, ECB ardıcıl dördüncü iclasında uçot dərəcəsini endirdi. Depozit dərəcəsi 3%-ə, marjinal kreditləşmə dərəcəsi isə 3.4%-ə qədər azaldılıb.
Monetar siyasətin yumşaldılması Avrozonada inflyasiyanın noyabr ayında 2%-dən 2.3%-ə qədər sürətlənməsinə baxmayaraq baş tutub. Bu sürətlənmə proqnoz olunurdu.
Tənzimləyici qurum 2024-cü ildə Avrozonada istehlak qiymətlərinin artım tempinin 2.4%, 2025-ci ildə 2.1%, 2026-cı ildə isə 1.9% olacağını proqnoz edir.
Ötən həftəyə 1.0550 səviyyəsində start verən EUR/USD məzənnəsi həftə ərzində 1.0450 səviyyəsinə kimi ucuzlaşsa da, buradan dəstək görərək bahalaşdı və həftəlik şamını elə 1.05$ civarında tamamladı.
Günün ilk ticarət saatlarında 1.0515 hədlərində qərarlaşan EUR/USD məzənnəsində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Avrozonada və Almaniyada açıqlanacaq CPİ, eləcə də, sənaye və xidmət sektorlarında PMİ rəqəmlərini diqqətdə saxlayacaqlar.
GBP
Keçən həftəyə 1.2730 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində ucuzlaşdı və həftəni 1.2620 səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə çərşənbə axşamı açıqlanacaq əmək bazarı hesabatı, çərşənbə günü isə dərc olunacaq İstehlak Qiymətləri İndeksi və BoE-nin faiz qərarı birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.
GBP/USD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altına qaytara bilsələr, eniş tendensiyası davam edə bilər.
XAU/USD
Noyabrın 26-dan bəri üfüqi dalğalanma sərgiləyən qızıl qiymətlərində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, bu həftə Amerikada dərc olunacaq ÜDM və inflyasiya hesabatları, eləcə də, FED-in fazi qərarını yaxından izləyəcəklər.
ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətli metala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcı üçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərini bahalaşdırır.
Ötən həftəyə 2644$ həddində start verən “sarı metal” 2726$ həddini test etdikdən sonra yenidən ucuzlaşdı və həftəlik şamını 2649$ həddində tamamladı. Hazırda 2650$-dan ticarət olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
12 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 13 saat əvvəl
-
14 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
14 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
14 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
14 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir




















.jpg)

